Tez-tez soruşulan suallar

SUALLARINIZI CAVABLANDIRMAQ ÜÇÜN  FAYDALI MƏLUMATLAR

Dreamland Qolf Klubunda qoşulma haqqı tətbiq olunur? 2019-ci il üçün heç bir qoşulma haqqı tətbiq olunmur. Yalnız kluba illik üzvlük haqqı ödənilməlidir.

İlin istənilən vaxtı kluba üzv ola bilərəm? Əlbəttə! Biz bütün il boyu yeni üzvlərimizi qəbul etməyə hazırıq. Dərc olunan haqlara müvafiq olaraq ilin ilk altı ayı ərzində növbəti altı aylıq üzvlük haqqının ödənilməli olduğu növbəti ödəniş tarixi üçün (1 iyul) sizin  üzvlüyünüzü proporsional surətdə həyata keçirə bilərik.

Mən 2019-cı ilin ortasında Azərbaycanı tərk edə bilərəm. Belə olduqda 12 aylıq tam üzvlük üçün qeydiyyatdan keçməliyəm? Bizim 6 aylıq ödəniş təklifimiz il ərzində yaşayış yerini dəyişmək niyyətində olan şəxslər üçün əlverişlidir, bu halda sizə yalnız 1 yanvar-30 iyun tarixini əhatə edən yarım illik üzvlük üçün qeydiyyatdan keçmək lazımdır.

Ölkəni gözlənilmədən tərk etməli olsam etdiyim ödəniş mənə geri qaytarılacaq? Fərdi üzvlük, Cütlüklər və ya Ailə Üzvlüyündə qeydiyyatdan keçən şəxslərə ödəniş geri qaytarılmır. Lakin Korporativ üzvlük qaydalarına müvafiq olaraq kiçik məbləğdə qeydiyyat haqqının ödənilməsi ilə üzvlüyünüz başqa bir şəxsə ötürülə bilər.

Oğlum və ya qızım mənimlə birlikdə üzv ola bilər? Bizim cari Ailə üzvlüyümüz iki yetkin şəxs və iki uşaq üçün nəzərdə tutulub. Lakin bu sizə uyğun olmadıqda, Fərdi Üzvlük kateqoriyasını və ödəniş növünü seçib Gənclərin üzvlüyü üzrə müvafiq ödənişi həyata keçirməyiniz xahiş olunur.

Qolf çubuqlarımı olan çantanı klubda salaya bilərəmmi? Bəli, Bizim Qolf Akademiyasında çantaların saxlanma otağı mövcuddur. İşçi komanda üzvləri Sizin adınızı şəxsi çubuqlarının üzərinə yerləşdirəcəklər.

Üzvlər  üçün xüsusi tii-vaxtları vardırmı? Bəli, Üzvlər və onların qonaqları üçün hər həftənin şənbə və bazar günləri üçün ilk bir neçə tii vaxtı rezerv edilmişdir. Bütün üzvlərə və onların qonaqların həmin vaxtları 14 gün əvvəl rezerv etməsi üçün msələhət görülür.

Müəyyən Üzvlük qrupları üçün təqdim olunan  qonaq vauçerləri dəyişdirilə bilərmi?    Qonaq vauçerləri ziyarətçilərə Dreamnad qolf klubunda yaradılan imkanlarla tanış olmağa və pulsuz oyun oynamağa imkan verir və 18 dəlik oyun üçündür. Əgər istək olarsa, yeni başlayan qonaqlar üçün 2 x 9 dəlik oyuna dəyişdirmək olar.

Ödəniş hansı üsulla həyata keçirilməlidir? Ödəniş Klubda üzvlük komandamıza nağd şəkildə və ya kart vasitəsilə edilə bilər. Ödənişi bank hesabına onlayn şəkildə köçürmək istədikdə üzvlük komandamıza elektron məktub göndərməyiniz xahiş olunur. Onlar sizə lazımi məlumatları verəcəklər.

Akademiya üzvüyəmsə, Dreamland Qolf Klubuna özümlə birlikdə qonaq gətirə bilərəm? Dreamland qonaqları qəbul etməyə hər zaman hazırdır; lakin qonaqlar üçün güzəştli tariflər yalnız tam üzvlük kateqoriyalarına tətbiq olunur.

KORPORATİV FAQ-lar

Korporativ üzvlük üçün uyğun hesab olunuram? Korporativ üzvlük Azərbaycanda qeydiyyatdan keçmiş ofisləri olan şirkətlər üçün nəzərdə tutulub. Üzvlüyün təsdiq olunması üçün şirkətin qeydiyyatı və faktiki ünvanı ilə bağlı məlumatların təqdim olunması tələb olunacaq.

Korporativ planımda çoxlu sayda üzv yer ala bilər? Bəli, bu sistem Korporativ üzv kimi minimum iki nəfər təyinatlı nümayəndənin (direktor kartları) qeydiyyatdan keçməsini tələb edir. Qeyd olunmuş endirimli korporativ nümayəndə tarifinin ödənilməsi ilə əlavə nümayəndələrin də üzv kimi qeyd olunması mümkündür.

Qonaq oyunçulara ötürülə bilən direktor kartı ala bilərəm? Ötürülə bilən direktor kartını ala bilmək  üçün şirkətinizin minimum dörd nəfər təyinatlı nümayəndəsi (iki direktor və iki nəfər təyinatlı nümayəndə olan oyunçu) olmalıdır. Yalnız bundan sonra rəhbərliyin qərarına müvafiq olaraq sizə Dreamland Qolf Klubunun obyektlərindən həftənin istənilən günü istifadə etmək üçün qonaq və ya korporativ müştəri dəvət etmək imkanı verən ötürülə bilən direktor kartları təqdim oluna bilər.

Üzvlərin yarışlarında Korporativ üzvlər iştirak edə bilər?– Bəli- Etibarlı EGA Handikapı olan korporativ üzvlər bütün tədbir və yarışlara qatıla bilərlər. Ötürülə bilən direktor kartından istifadə edən oyunçular yarışda iştirak edə bilərlər, lakin onlar əsas üzvlər üçün nəzərdə tutulmuş mükafatları əldə etmək hüququna malik deyillər.

Akademiyaya aid olan suallarınız.

Akademiya üzvü olsam, hələ də Dye Championship meydançasında oynayacağam? Bəli, Green fee ödemeniz tələb olunur və ödəniş qolf klubun üzvü kimi olacaqdir.

Akademiya üzvü olsam, Dreamland Golf Klub-a qonaq gətirə bilərəmmi? Qonaqlar Dreamland-da xoş gəliblər, lakin qonaq üstünlük dərəcəsi yalnız tam üzvlük kateqoriyalarına tətbiq edilir.

Akademiya üzvü kimi hələ də rəsmi EGA Handikapı ala bilərəm? Bəli, biz bu prosesə kömək edə bilərik – bu sizi rəsmi golfçü edəcək! EGA Handikapı ilə bir oyunçu tərəfindən imzalanmış üç tam 18 dəlik kartı tələb edəcəyik (Biz buna kömək edə bilərik!)

JUNIOR FAQS

Junior üzvlüyün içərisində oynamaq üçün kiçik turnirlər və yarışmalar olacaqmı?

Bəli, 2019-cu ildə biz Azərbaycandakı golf oynayan Juniors sayını artırmağa davam edəcəyik, yarışlarda və Par 3-də əyləncəli oyun üçün əsasdir.

Bir gənc üzv kimi böyüklər oyunçularla turnirlərdə iştirak edə bilərəm? Bəli, təsdiq edilmiş EGA Handikapınızın olmasını təmin etmək üçün Akademiyada iştirak etmək üçün bir sıra tədbirlər də olacaq.

Sualınızın cavabını tapdınız? Bu məlumatlar yetərli olmadıqda sizə kömək etməyə hər zaman hazır olan üzvlük komandamıza elektron məktub göndərməyiniz xahiş olunur.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts