Nə üçün Biz

EKSKLUZİV İMTİYAZLAR, GÜZƏŞTLİ TARİFLƏR VƏ MİSİLSİZ TƏCRÜBƏ ƏLDƏ ET

Əgər yeni başlayırsınızsa …

Qolf Akademiyamız və gülərüz müəllimlərimiz oyunu öyrənməkdə, hədəflərinizi müəyyənləşdirməkdə və qolf idman növündə ən böyük uğurlara nail olmaqda sizə kömək edəcək.

Əgər uzun müddətdir qolf oynamırsınızsa

Yenidən xoş gördük, bilirik ki, qaldığınızdan yerdən davam edəcəksiniz. Oyun daha da inkişaf edib Akademiyamızdakı ən son avadanlıq və proqram təminatı topu “fairway”ə vurmağı daha da asanlaşdıracaq.

Əgər oyun texnikanızı təkmilləşdirirsinizsə…

Səyahətinizin növbəti hissəsini bizimlə edin. Qolf, həyat boyu davam edən bir oyundur. Meydançamızla, yeni oyunçularla tanış olun və peşəkarlarımızdan məsləhətlər alın – sizin qabiliyyətiniz, oyundan aldığınız zövq və qolfa olan sevginiz artmaqda davam edəcək.

Biz qolfu sevirik, lakin biz, həmçinin, canlı musiqini, səmimi idman yarışlarını, ailə BBQ günlərini və Dreamland Qolf Klubunun sərgüzəştini tamamlamaq üçün birləşən digər fəaliyyət növlərini də sevirik.

Klubun bir üzvü kimi siz hər zaman güzəştli qiymətlər, üstün tii vaxtları və özünüz və qonaqlarınız üçün digər ekskluziv imkanlarlardan faydalanacaqsınız.

Çempionat meydançasına məhdudiyyətsiz giriş və Akademiyada limitsiz reync topları, qolf məhsulları, kirayə ləvazimatlar və klubda etdiyiniz naharda xüsusi endirimlər üzvlərin faydalandığı unikal imkanlardan sadəcə bir neçəsidir.

Səyahətçilər İMG Prestij Proqramımıza qoşulmaqla dünyanın aparıcı qolf meydançalarının bəzilərində güzəştli tariflərdən faydalana biləcəklər.

Sizə, ailənizə və ya işgüzar münasibətlərinizə uyğun şəkildə yaradılmış üzvlük variantları içərisindən öz seçiminizi edin.

Sizi bizə qoşulmağa dəvət edirik.

Akademiyaya üzv olmaqla qolfa başlayın

Dreamland Akademiyasının üzvü olmaqla klub sərgüzəştinizə start verin. Qolfa yeni başlamağınızdan və ya mövcud texnikanızı təkmilləşdirmək istəyinizdən asılı olmayaraq bu 12 aylıq üzvlük sizi qolfa cəlb edir və ya drayvinq reyncə həftənin bütün günləri pulsuz daxil olmaq imkanı, limitsiz reync topları və patinq və çipinq qrindən pulsuz istifadə imkanı verir. Akademiya üzvləri Dye çempionat meydançasında oyun zamanı qrin fi-lərdə və qolf maşınının kirayəsində üzv qonağı endirimindən   faydalanacaqlar.

Akademiyaya üzvlük ayrı-ayrı şəxslər, yeniyetmələr və ailələr üçündür. Digər imkanlarla yanaşı bütün üzvlər dərslərdə və Dye çempionat səviyyəli meydançamızda oynamaq üçün mükəmməl başlanğıc hesab olunan aylıq Par 3 yarışlarında iştirak zamanı güzəştli tariflər əldə edirlər.

Bilirik ki, meydançanı tam oynamaq sizə çətin görünə bilər, ona görə də, hazırlaşmaq və çətinliyin öhdəsindən gəlmək üçün atdığınız hər bir addımda sizə dəstək olacağıq!

Üzvlüklə bağlı müraciət etmək və 2018-ci il üçün maraqlarınızı qeyd etmək məqsədilə klubun turunu təşkil etməkdən və sizin müraciətinizi şəxsən müzakirə etməkdən məmnun olardıq. Zəhmət olmasa, membership@dreamlandgolfclub.com ünvanına elektron məktub göndərməklə və ya +994 12 404 7 404 nömrəsinə zəng etməklə görüş təyin edin.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts