Klub Xəbərləri

World Golf Awards – Azerbaijan’s Best Golf Course.

Şənbə axşamı İspaniyanın La Manga şəhərində keçirilən 5-ci “WORLD GOLF AWARDS” mərasimində Azərbaycan ilk dəfə təqdim olunmuşdur. Azərbaycanın ən yaxşı qolf sahəsi mükafatını almaq üçün  IMG-nin Marketinq Meneceri Leo İzzi Dreamland Qolf Klubu adından bu mərasimdə iştirak etmişdir. Buna şərh olaraq qolf klubun baş direktoru Phil Jones dedi – “Əlbətdə, biz çox şadıq ki, dünya üzrə  qolf sahəsində Azərbaycanın adı qeyd olunur və müzakirə olunur. 2018-ci ildə bizə səs verən bütün üzvlərimizə və qonaqlarımıza öz təşəkkürlərimizi bildiririk və hər il bu idman növünün davamlı inkişafını səbirsizliklə gözləyirik.” 2018-ci il bizim qolfçularımızın əldə etdiyi bəzi nailiyyətlərlə yadda qalır. Onlar ölkəmizi Birləşmiş Ərəb Əmirliklərində keçirilən Türk hava Yollarının Qolf üzrə Dünya Kubokunda və GEC Open Final turnirində təmsil etdilər. Biz onlara gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq!

Şəkildə soldan saga- Steve Ryder (idman aparıcısı) Leo Izzi (İMG Qolf Sahəsi Xidmətləri üzrə marketinq meneceri) və təqdimat mərasimindən qonaqlar.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts