Bizi Tapın

BİZ SADƏCƏ 30 DƏQİQƏLİK MƏSAFƏDƏ YERLƏŞİRİK

Dreamland Qolf Klubu Heydәr Әliyev adına Hava Limanının cәnubunda yerlәşir, ünvanımız vә buraya gәlmә yolları ilә tanış olun. Şәhәrin mәrkәzindәn Dreamland Qolf Klubu 30 dәqiqәlik mәsafә ilә şәrqdә yerlәşir. Bu o demәkdir ki, buraya gәlmәk vә geri qayıtmaq tez vә asandır. Siz, hәtta, gәrgin iş günündәn sonra da buraya başa çәkә bilәrsiniz! İki әsas marşrut var:

Sahil marşrutu 

Port Bakıdan / Ağ şәhәrdәn Nobel Prospekti boyunca hәrәkәt edin, bu zaman Zığ şosesinә çatacaqsınız. Zığ gölü yaxınlığında Zığ şosesi iki yola ayrılır, siz sağ tәrәflә hәrәkәt edin. Oradan “Xәyal Adası” Qolf Klubunun işarәlәrini izlәyin. Bununla da siz tәk-tәrәfli yol ilә girişә çatacaqsınız.

Aeroport marşrutu

Aeroport yolu ilә şimal-sәrqә – Heydәr Әliyev adına Hava Limanına doğru yol alın. Daha sonra
aeroporta giriş qovşağını görürsünüz. Bu zaman cәnuba doğru dönәrәk Zığ şosesi boyunca aşağı
istiqamәtdә irәlilәyin. Daha sonra isә “Xәyal Adası” Qolf Klubunun işarәlәrini izlәyin. İşarәlәr sizi tәk-tәrәfli yol ilә girişә doğru yönәldәcәk.

Heydәr Әliyev adına Beynәlxalq Hava Limanından Dreamland Qolf Klubu cәnuba doğru 11 dәqiqәlik mәsafәdәdir. Belәliklә, yerә endikdәn sonra qısa müddәt әrzindә buraya çata bilәrsiniz! Zığ şosesi ilә aşağı istiqamәtdә hәrәkәt edin, bu zaman “Xәyal Adası” Qolf Klubunun işarәlәrini izlәyin. Bu işarәlәri izlәsәniz bir tәrәfli yol ilә girişә çatacaqsınız.

r hansı bir çətinliyiniz olsa +994 (0)12 404 7 404 nömrəsi ilə bizimlə əlaqə saxlayın.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts