Bakı Haqqında

BƏS QOLFDAN SONRA? ŞƏHƏRİN QƏDİM MƏDƏNİYYƏTİNİ VƏ PARLAQ ARXİTEKTURASINI KƏŞF EDİN…

Qafqazda, Avropa və Asiyanın arasında yerləşən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri Abşeron yarımadasında öz dəbdəbəsi ilə parlayır. Böyük Qafqaz dağlarının və Xəzər dənizinin fonunda şəhərin UNESKO-nun ümumdünya irsi siyahısına salınmış 12-ci əsrə məxsus İçərişəhəri dəvələrin, xalçaların və Böyük İpək Yolunun tarixini özündə əks etdirir. Qədim mədəni irs neft ehtiyatları sayəsində yeni möhtəşəm həyat tərzini təmin edən obyektlər və Alov Qüllələri kimi göydələnlərlə harmoniya yaradır.

Burada Yaponiyadan Livana, İtaliyadan Meksikaya qədər bütün mətbəxlərin zəngin restoranları fəaliyyət göstərir, lakin milli mətbəxin qutab, şəkərbura və kabab kimi nəfis təamlarını da mütləq dadmaq lazımdır.

Bakı mart ayının əvvəlindən dekabrın sonuna qədər qolf mövsümü yaşayacaq. Xüsusilə də, iyul və avqust aylarının mülayim və işıqlı axşamları və Körfəz ölkəsi qonşuları ilə müqayisədə fərahladıcı sərinliyə malik – təxminən 35°C temperaturu olan gündüzləri bu mövsüm üçün əlverişlidir. Yanvar və fevral aylarının olduqca soyuq və küləkli keçməsi ən qatı qolfsevərlərin çətin hava şəraitində öz qabiliyyətlərini sınaqdan keçirmələri üçün bir şansdır.

Bakını görmək və Dreamland Qolf Klubunda olmaqla bağlı ətraflı məlumat əldə etmək üçün +994 12 404 7 404 nömrəsinə zəng etməyiniz və ya info@dreamlandgolfclub.com ünvanına elektron məktub göndərməyiniz xahiş olunur. Siz, həmçinin, burada Qal və Oyna paketlərimiz barədə də ətraflı məlumat əldə edə bilərsiniz.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts