
Bizi Tapın
Dreamland Qolf Klubu Heydәr Әliyev adına Hava Limanının cәnubunda yerlәşir, ünvanımız vә buraya gәlmә yolları ilә tanış olun.
Ölkə xaricindən və ya şəhərin mərkəzindən gəlməyinizdən asılı olmayaraq Bizi Tapın bölməsində buraya gəlməklə bağlı dəqiq məlumat əldə edə biləcəksiniz. Xaricdən gələn qonaqlar Qal və Oyna bölməsində lüks təkliflərimizi görə biləcək, Buraya Gəlmək bölməmizdə isə bura gəlməyin ən asan yolu barədə məlumat əldə edəcəklər-qeyd edək ki, bu, həmçinin, Bakı sakinləri üçün də əlverişli olacaq. Bakı Haqqında bölməsi şəhərə ilk dəfə səfər edən şəxslərə qısa məlumat verəcək.
Dreamland Qolf Klubu Heydәr Әliyev adına Hava Limanının cәnubunda yerlәşir, ünvanımız vә buraya gәlmә yolları ilә tanış olun.
Əgər Bakıda qalmaq üçün yer axtarışındasınızsa, nəzərinizə çatdırmaq istərdik ki, Dreamland Qolf Klubu möhtəşəm “Fairmont Baku” oteli, Alov Qüllələri ilə tərəfdaşlıq edərək sizə bir deyil, qalmaq və qolf oynamaq kimi iki eksklüziv sövdələşmə təklif edir.
Qafqazda, Avropa və Asiyanın arasında yerləşən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri Abşeron yarımadasında öz dəbdəbəsi ilə parlayır. Böyük Qafqaz dağlarının və Xəzər dənizinin fonunda şəhərin UNESKO-nun ümumdünya irsi siyahısına salınmış 12-ci əsrə məxsus qədim şəhəri dəvələrin, xalçaların və Böyük İpək Yolunun tarixini özündə əks etdirir.