Klub Xəbərləri

Rugby legend Zinzan Brooke at our Golf Club!

Ötən həftə sonu reqbi əfsanəsi Zinzan Brooke-u Dreamland qolf klubunda qonaq olmuşdur. Yeni Zellandiya reqbi yığmasının keçmiş ulduzu bütün zamanların ən yaxşı reqbi oyunçularından biri sayılır. Yeni Zelandiya yığması ilə 58 beynəlxalq oyun keçirmiş və “All Blacks”-in 42 yoxlama oyununda iştirak etmişdir. Tisa Beynəlxalq Məktəbinin “Titan”lar komandasının təşkil etdiyi ziyafət üçün Bakıya təşrif buyuran Zinzan, öz vaxtından səmərəli istifadə edərək üzvlərimiz Bryan Thomas, Nick Hore və John Quinn ilə qolf oynamış, Les Thomas və Sean Quinn kəddi olaraq onlara kömək etmişlər. Bakı qolfu üçün uzun müddət yaddaşlardan silinməyəcək iz buraxan Zinzan 18-ci dəlikdə iki zərbəyə grində olsa da, “Eagle” şansını cüzi qeyri-dəqiqliklə qaçırdı. Biz onu yenidən Bakıda görməyi ümid edirik.

 

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts