Qolf Mağazası

MƏŞHUR BRENDLƏR ARTIQ BAKIDADIR

Bizim Qolf Mağazamız bugünkü qolf lider brendləri tərəfindən istehsal edilmiş qolf avadanlığı, geyimləri və ayaqqabıları ilə təchiz olunub ki, siz həmin geyimlərdən istifadə etməklə meydançaya daxil olmazdan əvvəl belə özünüzü professionallar kimi hiss edəcəksiniz!

Galvin Green, PING, Ralph Lauren, Crestlink, FootJoy, Callaway və Greg Norman tərəfindən istehsal edilmiş hsullar, kişilər və qadınlar üçün nəzərdə tutulur. Bununla belə, gənc oyunçular Garb geyimlərinin ən son çeşidlərindən əminliklə istifadə edə bilərlər.

Dəbə uyğun olaraq seçilən və nəfəs alan parçadan hazırlanan zövqlü köynəklər, ətəklər, şalvarlar, baş geyimləri sizin zövqünüzə uyğun olaraq müxtəlif üslubda və rənglərdə istehsal edilib. Stabilliyi artırmaq üçün ən son texnologiyalardan istifadə edilmiş FootJoy brend ayaqqabıları təklif edirik.

PGA peşəkarlarımız tərəfindən həyata keçirilən klabların uyğunlaşdırılması xidmətindən də rahatlıqla istifadə edə bilərsiniz. Seçimlərin çox olduğu bir dövrdə biz sizə oyununuza uyğun ləvazimatların alınmasında köməklik göstərəcəyik. Hal-hazırda biz Titleist, Ping, Callaway klablarını və Scotty Cameron paterlərini təklif edirik.

Dreamland Qolf Akademiyası mövsümi olaraq brend tərəfdaşları tərəfindən dəstəklənən Ping və Tietlist klabların ınuyğunlaşdırılması günlərini təşkil edir və sizə ən yeni texnologiyadan yararlanaraq düzgün yekun qərar vermək imkanı yaradır.

Qolfu həyat tərzi kimi qəbul edərək qarderobunuzu sifariş əsasında hazırlanan hədiyyələr, pul üçün sıxaclar, açarlıqlar, düymələr, eləcə də loqolu siqar qabları ilə zənginləşdirin.

Custom-fitting

KLABLARIN UYĞUNLAŞDIRILMASI

Vudların, iron və veclərin fiziki vəziyyətinizdən asılı olaraq fərdi tələblərinizə uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Sizin formanızdan asılı olaraq klabların təbii hiss edilməsi üçün FlightScope və analiz qrafiklərindən istifadə edərək klab başlığının sürətini, fırlanma intervalını, topun havaya qalxma bucağını və s-ni müəyyən edirik.





Dreamland-ə məxsus eksklüziv səyahət çantaları istənilən səyahət zamanı sizə yardımçı olacaq. Yumşaq dəridən hazırlanan bu əşyalara qara rəngli çantalar, tünd rəngli kiçik çamadanlar, o cümlədən portmanat və qovluqlar daxildir. Hər bir məhsul incəlik və böyük ustalıqla hazırlanmışdır və zövqlü insanlar üçün çox cəlbedicidir.

Korporativ gün keçirməyi planlaşdırırsınızsa şirkətin brendləri olan papaqlar, futbolkalar, qolf topları və meydança mebellərini qonaqlarınıza təklif etməklə onları məmnun edin və qonaqlarınızın uğur qazanması münasibəti ilə onları şəxsiləşdirilmiş hədiyyələr, sertifikatlar və turnir kubokları ilə mükafatlandırın.

Sizin istəklərinizi lazımi şəkildə yerinə yetirməsi üçün info@dreamlandgolfclub.com elektron poçtu vasitəsi ilə qolf tədbirlər komandası ilə əlaqə saxlayın.

Axtardığınızı tapa bilmədikdə sizə yardım etməkdən məmnunluq duyan işçi qrupumuza müraciət edə bilərsiniz.

Dreamland Qolf Mağazası Klabhausun giriş hissəsində yerləşir və hər gün fəaliyyət göstərir. Sizi qarşılamağı səbirsizliklə gözləyirik. Əlavə məlumat üçün retail@dreamlandgolfclub.com elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts