Meydançanin Aqronomiyasi

ÖZ MEYDANÇANIZI ÇEMPİONAT SƏVİYYƏLİ MEYDANÇA KİMİ SAXLAYIN

Qırx nəfər azərbaycanlı və türkiyəli işçilərdən ibarət olan qolf meydançası komandası ilə işlədiyim ilk ay mənim üçün möhtəşəm keçdi. Mən məmuniyyətlə deyə bilərəm ki, Dye çempionat meydançasını yetişdirmək mərhələsindən təqdim etmə mərhələsinə keçidimiz böyük uğurla davam edir.

Qolfla müntəzəm şəkildə məşğul olan oyunçular möhtəşəm mənzərə yaradan və hər bir dəliyi xarakterizə edən biçim formalarındakı fərqliliyi dərhal hiss edəcəklər. Tii-dən qrinə qədər bütün oyun ərazisində otların hündürlüyünün tənzimlənməsi sayəsində davamlı oyun səthinin yaradılmasına nail olunub. Tii-lərin cari hündürlüyü 10mm, “approach” və “fairway”lərin 12mm, yarı-rafların 30mm, daxili rafların 31mm və golf maşın cığırından kənarda olan xarici rafların uzunluğu isə 88mm-dir.

Külək vacib, həmçinin, Bakı kimi şəhərdə ehtiyatlı olmağı tələb edən bir amildir. Onun nə ilə nəticələnəcəyinə nümunə kimi bu il Britaniya Açıq qolf çempionatında baş verən hadisəni göstərmək olar: Qrinlər sürətli idi, küləyin sürəti elə bir səviyyəyə çatdı ki, oyunçunun topunu qrindən kənara atdı.

Bu cür vəziyyətlərdən yayınmaq üçün sürət və oyun imkanı arasında düzgün balansı tapmaq lazımdır. Biz “stimp meter” adlanan cihazla qrinlərin sürətini hər gün ölçürük və artıq bütün qrinlərdə davamlı sürətə nail olmuşuq.

Qışda əlverişli qolf imkanlarını təmin etmək məqsədilə ot örtüyünü bərkitmək, güclü saxlamaq və onun tünd yaşıl rəngini qorumaq üçün qida maddələrindən istifadə edəcəyik və beləcə yaz fəslinin əvvəlində artacaq temperatura hazır olacıq.

Qolf meydançasının aqronomiyası və saxlanma şəraiti ilə bağlı hər hansı bir sualınız yarandığı təqdirdə mənimlə əlaqə saxlamaqdan və ya Klubda qarşılaşdığımız zaman şəxsən ünsiyyət qurmaqdan çəkinməyin. Mən cari qrafikimizi və ya peşəkar fikirlərimi sizinlə müzakirə etməkdən hər zaman məmnun olaram.

Qolf meydançamız barədə ən son məlumatları əldə etmək üçün aylıq bülletendə aqronomiya bölməsinə nəzər salın. Qeydiyyatdan keçmək üçün buranı klikləyin!

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts