Meydança Meneceri Martin McGavock Tərəfindən Aqronomiya Yenilikləri

Qırx nəfər azərbaycanlı və türkiyəli işçilərdən ibarət olan qolf meydançası komandası ilə işlədiyim ilk ay mənim üçün möhtəşəm keçdi. Bizim qolf sahəsinə nəzarət üzrə təlim proqramımız müasir texnologiyadan səmərəli şəkildə istifadə edir və bu yeni meydançanı yaxşıdan mükəmmələ doğru inkişaf etdirmək konsepsiyasına əsaslanır!

DAHA ƏTRAFLI OXUYUN

Titleist & Ping İlə Öz Oyununuz Üçün Mükəmməl Klab Tapin

Heç indiyə qədər düşünmüşünüz ki, klublarınız sizi geri salır? Yoxsa özünüz üçün ilk mükəmməl set axtarışındasınız? Hər kəsə ən uyğun olan drayverlər, “iron” və veclər tapmaqda kömək etmək üçün biz aparıcı markalar olan Titleist və Ping ilə 5-6 sentyabr tarixlərində qolf avadanlıqlarının uyğunlaşdırılmasına ev sahibliyi edəcəyik.

Meydançamiz Təsdiqləndi!

23 avqust, bazar günü biz rəsmi şəkildə Avropa Qolf Assosiasiyası (European Golf Association – EGA) tərəfindən handikap sistemi üçün qiymətləndirildik və təsdiqləndik. Bu, Klub üçün vacib dönüş nöqtəsidir. Bu andan etibarən üzvlərimiz hesab kartlarını EGA standartlarına müvafiq olaraq handikapları hesablayaq olan qolf əməliyyat işçilərinə təqdim edə bilərlər. Biz bütün qolfsevərləri öz aramızda görməyi səbirsizliklə gözləyirik!

Gələcəyin Qolf Çempionlari Burada Oynamağa Başlayir! Gənclər Proqrami Üçün Indi Müraciət Edin

Övladınız yeni, əyləncəli, fiziki fəaliyyət və nəzarətli inkişaf axtarışındadırsa, onları bizim yeni Gənclər Proqramımıza qeydiyyatdan keçirin! Bu, 6-15 yaşlarında olan və qolfa yeni başlayan oyunçuları möhtəşəm oyunla tanış etməyə yönəlmiş struktur seriyalı qrup dərslərindən ibarətdir.

Şotlandiyali Yeni Meydança Meneceri, Martin McGavock, Ilə Taniş Olun

İdarə heyətinin yeni üzvü Qlazkolu Martin McGavock-u sizə təqdim etməkdən məmnunluq duyuruq. Dünya şöhrətli Race to Dubai European Tour tədbirinə ev sahibliyi edən Jumeirah Golf Estates-dən təşrif buyuran Martin Azərbaycanda çempionat meydançamızın dünya standartlarına uyğunlaşdırılmasında bizə yardımçı olacaq.

Café T-Nin Üstünlükləri Hansilardir? (Məsələ Yalniz Qidalanmada Deyil)

…lakin bu yaxşı başlanğıc nöqtəsidir. Dadlı bekon sendviçi, tərəfimizdən hazırlanmış Café T mal əti bürgeri və dadlı İtalyan seçimi makaron və pizzaları drayving reyncdə gərgin məşqdən sonra cəlbedici görünür.

Yeni Qolf Məşqçiniz, Türkiyəli Oğuzhan İlə Taniş Olun

Oğuzhan “Dreamland” komandasına İstanbuldan qatılıb. Orada o, Türkiyə Qolf Federasiyasında Milli Komanda məşqçisinin köməkçisi işləyib. Oğuzxan inanır ki, mükəmməl təcrübə mükəmməl svinq yaradır və yetişdirmələrinə nəzarət, dəqiqlik və gücü artırmaq üçün qolfun əsaslarını tətbiq etməyi öyrədir.

Klubumuza Bu Gün Qoşulun– 2015 Üçün Məhdud Yerləri

Dreamland Qolf Klubu yalnız məqş etmək və qolf oyununuzu mükəmməlləşdirmək üçün deyil, həmçinin vaxt ayıraraq gərgin şəhər həyatından uzaqlaşıb, ailənizlə və dostlarınızla bərabər rahat, keyfiyyətli zaman keçirirmək üçündür.

Pga Qolf Məşqҫinizlə Tanіş Olun

Bizim Dreamland Qolf Klubunda Baş Mütəxəssisimiz, qolf təlimçisi Michael Sweenie PGA göstəricilərinizin yaxşılaşdıracaq bütöv tədris metodlarından istifadə edir. Aşağıdakı Sual-Cavab bölməsində onun haqqında daha çox məlumat əldə edin.