Klabhaus

MƏŞHUR AZƏRBAYCAN QONAQPƏRVƏRLİYİ İLƏ LÜKS YERDƏ NAHAR ET

Dəbdəbəli görünüşə malik Klabhaus nahar etməklə yanaşı, Azərbaycanlıların hər kəsə məlum olan qonaqpərvərliyi ilə rahat dincələcəyiniz bir məkandır. Dreamland Lounge & Restaurant-ın geniş açıq mərtəbəsində yumşaq divanlı sahə, bar və zəngin Livan mətbəxini özündə birləşdirən elit restoranlar yerləşir. Geniş teras və yerləşmə sahəsində “fairway”-lərdən və 12-ci qrindən ibarət geniş mənzərə ilə qarşılaşacaqsınız. Həmçinin, səhər qəhvəsindən və ya qəlyənaltıdan zövq almaq, oyun bitdikdən sonra yoldaşlarınızla sərbəst ünsiyyət qurmaq, dostlarınızla əylənmək və şam yeməyi etmək üçün burada hər cür imkan yaradılmışdır.

Golf Mağazasının yanında yerləşən, bizim mərmər döşəməli və çınqıllarla dekorasiya olunmuş geyinib-soyunma otaqlarımız duş kabinələri və özünə qulluq ləvazimatları ilə tam təchiz edilmişdir.

Klabhaus doğum gününüzdən tutmuş, ictimai yığıncaqları və özəl korporativ tədbirləri keçirmək üçün özəl və yaddaqalan atmosferi  təmin edir.

Nahar masasını buradan sifariş edə bilərsiniz.

Xüsusi tədbir keçirmək üçün +994 404 7 404 nömrəsi və ya elektron poçtu vasitəsilə tədbirlər komandamızla əlaqə saxlaya bilərsiniz.

YENİ KLABHAUS 2016-CI İLDƏ AÇILACAQ

İçərisində müxtəlif restoranların, geniş və dəbdəbəli geyinib-soyunma otaqlarının, istirahət məkanlarının, o cümlədən açıq qapalı hovuzların və tennis meydançalarının yerləşəcəyi yeni Klabhausun açılışı gələn il üçün nəzərdə tutulur. Yeniliklərdən xəbərdar olmaq üçün xəbər bülletenlərimizə  buradan abuna ola bilərsiniz.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts