İmg Və İmg Prestij

IMG QOLF HƏYAT TƏRZİNƏ AÇILAN BİR QAPIDIR 

“Burada qolfa yanaşma fərqlidir. Diqqət, dəqiqlik və hesablanmış risk faktoru tələb edən çətin fərdi idman növü kimi qolfçunun oyunu hər zaman xarakter və bütövlüyün mükəmməl şəkildə mühakiməsi kimi nəzərə çarpıb”.  IMG Qolf Bölməsi

25-dən çox ölkədə fəaliyyət göstərən IMG idman yarışları, tədbirlər, media sahəsi və dəb aləmində dünya lideridir. Şirkət bir çox məşhur idmançılarını təmsil  edərək onların fəaliyyətini təşkil edir; hər il minlərlə canlı tədbiri və əyləncəli proqramlarışkil edir; və idman mediasında dünyanın ən böyük müstəqil istehsalçısı və distributoru hesab olunur.

IMG Qolf: Korporasiyalar İMG ilə iş birliyi quraraq sponsorluq və tədbirlər vasitəsilə qolfun yüksək auditoriyasına özlərini təqdim edirlər. Oyunçular onların lim akademiyalarına qatılır, ən yaxşı müqavilə və lisenziya sövdələşmələrini əldə edir, onların dizayn və idarə etdikləri meydançalarda oynayır və əksəriyyətini onlarınşkil etdiyi nüfuzlu yarışlarda rəqabət aparırlar.

Dreamland Qolf Klubunun İMG ilə əlaqəsi göstərir ki, biz nəinki ən yüksək standartlara uyğun şəkildə fəaliyyət göstərərək dünya səviyyəli obyektləri təklif edir, həmçinin, onların beynəlxalq statusu və təcrübəsindən yararlanaraq Klubun layiq olduğu qlobal statusu qazanmasına çalışırıq.

IMG PRESTİJ

Dreamland Qolf Klubu IMG Prestij proqramının lüks qolf klubu və dünya səviyyəli tərəfdaşlarından biridir. Dreamland-in bir üzvü kimi siz İMG Prestij proqramına daxil olan klublara – Yeni Zelandiyada Cape Kidnappers-də qorxulu təpələrin zirvəsindən Malayziyada Clearwater Sanctuary-nin bataqlıq və vəhşi təbiətinə və mükafatlara layiq görülmüş Vyetnamın Montgomerie Linksin möhtəşəm dizaynlı meydançasına qədər –  endirimli giriş, xüsusi tariflər, imkanlar və üstünlüklərdən faydalana biləcəksiniz.

Dreamland-in üzvləri info@dreamlandgolfclub.com elektron ünvanına məktub göndərməklə beynəlxalq tii vaxtları sifariş edə bilərlər.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts