Geyim Kodeksi

QOLFÇU KİMİ GEYİNİN, PROFESSİONAL KİMİ SVİNQ EDİN

Aşağıda qeyd olunduğu kimi bütün oyunçular üçün müvafiq qolf geyimi tələb olunur. Dreamland Qolf Klubu düzgün geyim forması olmayan şəxslərin Dye çempionat meydançasına girişinə icazə verməmək hüququna malikdir.

KİŞİLƏR
Sifarişlə tikilən şalvarlar və ya şortlar, köynəklər, hündür qatlanmış boynu, yaxalığı və qolları olan polo köynəklər uyğun hesab olunur. Şortlarla qısa və ya uzun corablardan istifadə edilməsinə icazə verilir. Qeyd: Qolf meydançasında Karqo üslubunda şalvarlar, cins, idman geyimi, idman ayaqqabıları və köynəklər, çimərlik geyimi və atletik idman geyimlərinin istifadəsi yolverilməzdir.

XANIMLAR
Sifarişlə tikilən şalvarlar, şortlar və ya yubkalar, yaxalıqlı köynəklər və koftalar müvafiq geyim hesab olunur. Qeyd: Maykalar, cinslər, çimərlik geyimləri, göbəyi açıq şortlar və yubkalar və atletik idman geyimindən istifadə edilməsinə icazə verilmir.

AYAQQABILAR
Meydançada yumşaq mahmızlı və ya düz altlıqlı idman ayaqqabılarının istifadəsinə icazə verilir. Metal mahmızlar ya sandallardan (qolf sandalları da daxil olmaqla) istifadəyə icazə verilmir. Dreamland Qolf Klubu düzgün ayaqqabı geyinməmiş şəxslərin meydançaya girişini qadağan etmək səlahiyyətinə malikdir.

KLABHAUS GEYİMİ
Dreamland Qolf Klubunun üzvləri və qonaqlarından Klubun ətrafına və abu-havasına uyğun şəkildə gündəlik üslubda olan rahat geyimlərdən istifadə etmələri xahiş olunur. Üzvlər uşaqların və qonaqlarınınr zaman düzgün şəkildə geyinməsini təmin etməklə bağlı məsuliyyət daşıyır.

MÖVZU PARTİLƏRİ
Mövzu yığıncaqları və ya əvvəlcədən təyin olunmuş digər tədbirlər üçün yuxarıdakı qaydaların hər hansı birinə və ya hamısına istisnalar edilə bilər.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts