Dye Meydançası

OYUN SƏVİYYƏNİZDƏN ASILI OLMAYARAQ DREAMLAND SİZƏ ƏYLƏNCƏLİ VƏ GÖZƏL QOLF MEYDANÇASI TƏKLİF EDİR

Dreamland Qolf Klubu qolf memarlığı üzrə aparıcı şirkət olan “Dye Designs”-ın memarı Cynthia Dye tərəfindən Bakıda tikilmiş ilk və tək qolf meydançasıdır. Bu 18 dәlikli sәnәt әsәri Qafqazda Aralıq dәnizinin abu-havası ilә bütün səviyyədə qolfçular üçün premium qolf təcrübəsini tәmin edir.

Avropa vә Asiyanın bütün dünyada tanınmış bir sıra meydançalarını dizayn edәn Dye-ın dizayn fәlsәfәsi hәr zaman qolf meydançasının quruluş vә strategiyasını sağlam dizayn prinsiplәri әsasında inkişaf etdirmәk olmuşdur. Qolfu Azәrbaycanda milli sәviyyәdә tanınan idman növünә çevirmәk üçün Dreamland-da oyunun bütün incәliklәrini vә oyun ehtiyaclarını özündә cәmlәşdirәn qolf meydançası yaradılmışdır.

Nazik biçilmiş “fairway”lər vә bankerlәrlә әhatә olunmuş qrinlәr tәcrübәli qolfçular üçün çәtinliklәr yaradır, digәr tәrәfdәn hamar lanşaft dizaynı vuruşun istiqamәtinin müәyyәn edilmәsindә yeni başlayanlara kömәklik göstәrir. Meydança Xəzər dənizinin yaxınlığında yerləşdiyi üçün küləklər həm yeni, həm də təcrübəli qolfçuların meydançada hər dəfə unikal və fərqli oyun təcrübəsi yaşamasını təmin edir.

MEYDANÇANIN QİYMƏTLƏNDİRİLMƏSİ

Dreamland Qolf Klubu Azərbaycanda handikap məqsədi ilə Avropa Qolf Assosiasiyası (EGA) tərəfindən rəsmi şəkildə qiymətləndirilmiş və təsdiqlənmiş Azərbaycanın yeganə qolf meydançasıdır. Bu klub üçün yeni və vacib bir mərhələdir və üzvlərimizə yarışlarda iştirak üçün öz handikaplarını qorumaq və inkişaf etdirmək imkanı verir. Ziyarətçilər üçün isə müxtəlif tii-lər üzrə meydança (CR) və “Slope” qiymətləndirilməsini paylaşmaqdan məmnunluq duyuruq.

Yaşıl Tii-lər
Bütün yaş kateqoriyalarından olan oyunçular və qolf meydançasında ilk oyunun sınaqdan keçirilməsi üçün mükəmməl imkandır. “Fairway”lərə və par-3 qrinlərə vurmaqla özünə inam formalaşdırın; ilk par və ya “birdie” etməyin sevinc hissini yaşayın!
Kişilər: 4736 Metr, Par 70, CR: 65.4, Slope: 115
Qadınlar: 4736 Metr, Par 72, CR: 70.5, Slope: 124

Qızılı Tii-lər
İkinci tii qrupumuz qızılıdır və 18 dəlikli meydançada mübarizə aparmaq istəyən yuxarı handikaplı oyunçular üçün əlverişlidir. Qızılı Tii küləkli havalarda meydançada oynamq üçün alternativ tii-dir.
Kişilər: 5431 Metr, Par 72, CR: 68.9, Slope: 125
Qadınlar: 5431 Metr, Par 72, CR: 75.1, Slope: 135 

Ağ Tii-lər
11-20 arası handikapı olan kişilər və tək rəqəmli handikapı olan qadınlara məsləhət görülən ağ tii-lər oyun üçün bir çox keçilməli olan maneələri oyuna daxil edir. Strategiya əsas faktordur!
Kişilər: 5813 Metr, Par 72, CR: 71.0, Slope: 132

Mavi Tii-lər
Küləkli havada bu daha böyük bir sınaqdır və bir çox dəliklərdə hər zamankından daha fərqli klablar istifadə etmənizə səbəb ola bilər.
Kişilər: 6196 Metr, Par 72, CR: 73.2, Slope: 138

Qara Tii-lər
Qara Tii-lərdən keçiriləcək illik yarışlar üzvlərə və qonaqlara imkan verəcək ki, PGA və Avropa turnirlərindədə qolf üzrə peşəkarların həftələrlə nə səviyyədə qolf oynadıqları hissini yaşasınlar. Sizi əmin edə bilərik ki, qara tii-lərdən oynadığınız təqdirdə “iron”larla müqayisədə daha çox “wood”lardan istifadə edəcəksiniz!
Kişilər: 6838 metr Par 72 CR: 76.7 Slope: 142

EGA KİŞİLƏR Handikap cədvəli üçün buraya klikləyin

EGA QADINLAR Handikap cədvəli üçün buraya klikləyin

Meydança 22 avqust, 2015-ci il tarixində Almaniya Qolf Assosiasiyası (DGV) tərəfindən qiymətləndirilmişdir.
Meydançanı qiymətləndirənlər:
Malcolm Gourd – USGA Meydançanın Qiymətləndirilməsi komitəsinin üzvü
Sabine Wiederer – DGV Meydança Qiymətləndiricisi

SCORE  CARD

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts