Azərbaycan və Qolf
QOLF DÜNYASINI AZƏRBAYCANA GƏTİRİRİK
Qolf Azərbaycan üçün yeni bir idman növüdür. Azərbaycanda bu idman növünü inkişaf etdirən əsas aparıcı qüvvə Azərbaycan Qolf Federasiyasıdır (AQF). 2012-ci ildə yaradılmış bu qurumun əsas məqsədi Azərbaycanın bir millət kimi qolfu anlamasını, ona hörmət etməsini və sevməsini təmin etməkdir.
AQF-in 5 faktoru özündə əks etdirən strateji planı var. Bir üzv kimi, Dreamland bunları öz fəaliyyəti zamanı tətbiq edir və qolf oyununu odlar yurduna gətirməklə bağlı birgə məqsəd naminə AQF –nin tədbirlərini, uşaqlar üçün “Flames Golf” proqramı kimi proqramlarını və təşəbbüslərini dəstəkləyir. Beş faktora aşağıdakılar daxildir:
YENİ QOLFÇULAR
Azərbaycan qolfçularının yeni nəslini cəlb etmək və ruhlandırmaq
Sağlam həyat tərzini, dostluq və rəqabət imkanlarını təbliğ etmək
Yaşayış yerindən və ya sosial dərəcəsindən asılı olmayaraq hər kəs üçün qolfla məşğul olmaq imkanı yaratmaq
Qolf oynamaq üçün münasib şəraiti təmin etmək
ÇEMPİONLAR NƏSLİNİN YETİŞDİRİLMƏSİ
Böyük məharətə, yaxşı fiziki quruluşa malik olan və öhdəlik daşımağı bacaran qolfçuları müəyyənləşdirmək
Həvəskarların mövcud potensialını reallaşdırmaq və istedadlı həvəskarları peşəkar səviyyəyə çatdırmaq üçün onları dəstəkləmək
Oyunçuları fiziki, texniki, zehni və taktiki aspektlərdən dəstəkləmək
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə tərəfdaşlıq etmək
QOLFLA BAĞLI PROSESLƏRİN İDARƏEDİLMƏSİ
Bütün qolfçular və klubları əvəzsiz xidmətlə təmin etmək
Bizə üzv olan klubların illik turlar və tədbirlər təşkil etməsini dəstəkləmək
Qolf idarəedici qurumları ilə tərəfdaşlıq etmək: R&A, EGA (Avropa Qolf Assosiasiyası), İGF (Beynəlxalq Qolf Federasiyası) və bənzər fəaliyyət göstərən Milli Birliklər və Federasiyalar
QOLF YARIŞLARI
Müxtəlif yaş həddində olan və fərqli imkanlara malik qolfçular üçün milli və klub səviyyəsində çempionatlar keçirtmək
Azərbaycanlı qolfçuların yeni nəslini ruhlandırmaq üçün peşəkar səviyyəli çempionatlara ev sahibliyi etmək
Hər kəsin yarışda rəqabət aparması məqsədilə kişilər, qadınlar, oğlanlar və qızlar üçün yarışların təşkili
TƏRƏFDAŞLIQ
AQF-in fəaliyyətinin təkmilləşdirilməsi və mükəmməl səviyyəli xidməti həyata keçirtmək məqsədilə tərəfdaşlıq münasibətinin yaradılması və inkişaf etdirilməsi
Peşəkar səviyyəli qolf yarışlarında və Azərbaycanda keçirilən digər idman tədbirlərində AQF-nin vizyonunun təbliğinin həyata keçirilməsi
Bütün media vasitələri, xüsusilə də, TV kanallar vasitəsilə qolfun nüfuzunun artırılması, dünyadakı əsas qolf yarışları barədə məlumatların Azərbaycan xalqına çatdırılması