Klub Xəbərləri

Qolf üzrə 2017-ci il Azərbaycan Açıq Çempionatı

Qolf üzrə 2017-ci il Azərbaycan Açıq Çempionatının qalibi olmuş Socar Cape komandasını təbrik edirik. Aralarında azərbaycanlı qolfçuların da olduğu 2017-ci il çempionlarımızı təqdim etməkdən qürur duyuruq – Tofiq Əfəndizadə, Elman Rzayev, Nicolas Young və Steven Black. Onlar, BƏƏ, Gürcüstan, Qazaxıstandan gələn qolfçularla yanaşı, Azərbaycanda yaşayan xarici oyunçuların da iştirak etdiyi ilin əsas qolf yarışının sonuncu günündə nümayiş etdirdikləri möhtəşəm komanda oyunu ilə qələbəni təmin etməyi bacardılar. Qalib komanda Air Arabia-nın dəstəyi ilə BƏƏ-nə səyahət edəcək, Ajmanda yenicə fəaliyyətə başlamış Al Zorah qolf meydançasında oynayacaq, daha sonra Al Hamra sahilində yerləşən Hilton hoteldə istirahət edəcək və, son olaraq, Ras Al Khaimah Qolf Challange Tur tədbirinə ev sahibliyi edən Al Hamra Qolf Klubunda 18 dəlik qolf oynayacaqlar.

 

Dreamland Qolf Klubunun Baş Meneceri Philip Jones tədbir haqqında bunları dedi: “İlk öncə bütün rəhbərliyin adından 2017-ci il Azərbaycan Açıq Çempionatının təşkil olunmasına dəstək verən bütün Sponsorlara, Korporativ Komandalara, Dreamland Qolf Klub üzvləri və qonaqlara öz dərin minnətdarlığımı bildirirəm. 23 komandanın tərkibində 19 ölkədən 92 qolfçunun iştirak etməsi bu yarışa xüsusi beynəlmiləl rəng qataraq onu ölkənin qolf tarixində yaddaqalan bir hadisəyə çevirdi. Bir çox beynəlxalq şirkətlər və istirahət mərkəzləri yarışa dəstək olaraq qaliblərin təyyara biletləri, oteldə gecələmək, Bazar Store mağazalar şəbəkəsindən qida və ticarət kuponları, Lüks Geyim, Qolf Ləvazimatları və dünyanın bir çox məşhur qolf meydançalarına 4 nəfərlik oyun vauçerləri kimi lüks hədiyyələrlə mükafatlandırılmasını təmin etdilər. Biz, 2018-ci il tədbirimizdə də bu tərəfdaşlarımızla əməkdaşlıq etməyə ümid edirik”

 

Qalib komandaya hədiyyə BƏƏ-də fəaliyyət göstərən Air Arabia şirkəti tərəfindən təqdim olunmuşdur. Şirkətin Azərbaycan üzrə meneceri Kostyantyn Kurylo qalib komanda ilə birlikdə şəkil çəkdirərək bu sözləri qeyd etmişdir: “Air Arabia 2017-ci il Azərbaycan Açıq Çempionatının sponosoru olmaqdan qürür duyur. Şarjah (BƏƏ) şəhərindən Bakıya uçuşlar təşkil etməklə biz qolfçuların BƏƏ-dən Bakıya səfər edib, bu şəhərin qonaqpərvərliyindən zövq alaraq Dreamland Qolf Meydançasında qolf oynamalarında maraqlıyıq. Millennium Tours və Air Arabia Holidays ilə əməkdaşlıq edərək biz təyyarə bileti, qonaqlama və bu dünya səviyyəli məkanda qolf oyununun da daxil olduğu tətil paketləri təklif edəcəyik”.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts