Fərdi Kirayə

TƏDBİRİNİZİ XÜSUSİ VƏ YADDAQALAN FORMADA KEÇİRİN

Əyləncəli, rəsmi və geniş, xüsusi tədbirləri keçirməyinizdən asılı olmayaraq, Dreamland Golf Klubunun maraqlı ab-havası, keyfiyyətli xidməti və yaşıllıqlarla dolu mənzərəsi ilə qonaqlarınızda müsbət təəssürat yaradın. Axşam məclislərindən tutmuş ildönümləri, biznes tədbirlərindən tutmuş uşaq şənlikləri üçün qolftəcrübəsindən yararlanaraq və ya şəxsi istəyinizə uyğun sifarişlərinizi yerinə yetirməyə hazırıq.

Azərbaycanlıların ənənəvi qonaqpərvərliyi və tədbirləri təşkil edən ixtisaslı komandamız arzularınızın reallaşmasına yardımçı olacaq. Məqsədimiz keçiriləcək tədbiri digərlərindən fərqləndirmək üçün, kiçik və böyük sifarişləri təmin etməklə şirkətin imicini, xüsusi menyuları, PA sistemlərini, dekorasiyaları, canlı musiqi və konsertləri təşkil etməkdir. Nəticədə buraya baş çəkmək qonaqlarınız üçün maraqlı olacaq və illər sonra da tədbiriniz barədə danışaqlar.

Qrupun ölçüsündən və ya tədbirin növündən asılı olaraq açıq terasa malik Dreamland Lounge & Restaurant-ın geniş, klassikkanı, Akademiyanın yuxarı mərtəbəsində müasir formada dizayn edilən Café T və ya 4-cü dəlikdə yerləşən vitrajlı eyvanı və parlaq göl mənzərəli Café T Lakeview təklif olunur. İstəklərinizi reallaşdırmaq bizdən, buraya baş çəkmək və əylənmək sizdən asılıdır.

Özəl məclislərinizi burada keçirmək istəyirinizsə, sizə xidmət göstərəcək komandamızla reservation@dreamland.az elektron ünvanına yazmaqla və ya 994 12 404 74 00 nömrəsinə zəng vurmaqla əlaqə saxlaya bilərsiniz. Sizin istəklərinizi dinləmək bizim üçün xoşdur.

Ətraflı məlumat üçün dreamland.life veb səhifəsini ziyarət edə bilərsiniz.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts