Dreamland Lounge & Restaurant

YÜKSƏK KEYFİYYƏTLİ MƏKANDA BEYNƏLXALQ MƏTBƏXDƏN ZÖVQ ALIN

Dostlarınız, ailəniz və sevdiyiniz şəxslərlə xoş vaxt keçirmək üçün əsrarəngiz məkan olan “Dreamland Lounge & Restaurant”-da beynəlxalq dərəcədə ixtisaslaşmış mətbəxin təamlarından dadın.

Burada rahat divan ərazisindən tutmuş elit restoran, banket zalı və biznes məkanlardan kənarda yerləşdirilmiş künc barına qədər xoş mühitin şahidi ola bilərsiniz. Bundan başqa, geniş terasımız qolf meydançasının 12-ci dəliyinə açılan gözəl mənzərə təqdim edir. “Fairway”-lərin incə konturları, qrinlərin fərqli çalarları, qızılı bankerlər və ölkəmizdə daha öncədən görülməmiş su fontanlarının və işıqların sinematik mənzərəsi fonunda bura günəş batdığı zaman nahar və içkilər üçün bir nömrəli məkandır.

“Dreamland Lounge & Restaurants” qəlyanaltı və ya nahar üçün olmasından asılı olmayaraq, restoranda, eləcə də, terasda menyu üzrə ləziz təamlar təklif edir. Eyni zamanda, geniş çeşidli kokteyllərimizdən, yüngül qəlyanaltılardan və ləzzətli şirniyyatlarımızdan dada bilərsiniz.

İstər iki nəfərlik romantik şam yeməyi və ya 20 nəfərlik xüsusi məclis, bizim xidmət komandamız bütün növ sosial, şəxsi və işgüzar tədbirləri təşkil edir. Ətraflı məlumat üçün buranı klikləyin.

Restoranda masa sifariş etmək üçün dine@dreamland.az ünvanına məktub yazın və ya +994 12 404 7 400 nömrəsinə zəng edin.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts