Qayda Və Qanunlar

İDMANSEVƏRLİYİ, DÜRÜSTLÜYÜ, HÖRMƏTİ VƏ OYUNA OLAN SEVGİNİ QİYMƏTLƏNDİRİRİK

DAVRANIŞ QAYDALARI
Tii vaxtından əvvəl (təklif olunmuş minimum vaxt-30 dəqiqə) müəyyən zaman çərçivəsində qolf mağazasında qeydiyyatdan keçin. Qolf maşınlarının, klablarının arabalarının kirayə edilməsi qolf mağaza heyəti vasitəsilə həyata keçirilir və qolf aməliyyatlar komandamız tərəfindən təmin edilir. Birinci tii Klabhausla müqayisədə qlf akademiyasına daha yaxın olduğuna görə sizi dörd dəqiqəlik marşurutla Akademiyaya aparacıq və orda siz oyundan əvvəl məşq edib isinə bilərsiniz. “Starter” və oyunçu bələdçilərmiz Dye çempionat meydançasında qrupunuza bələdçilik etmək üçün hazır vəziyyətdə olacaqlar.

OYUN
UN SÜRƏTİ
İdarəetmə komandası gündəlik əsasda sizin üçün ən əlverişli olan qolf meydançası quruluşunu və məşq meydançasının hazırlanması qaydalarını müəyyən edəcək. Oyun sürətinin qorunması üçün bütün oyunçuları (xüsusilə də, qonaqlarının əyləncəli vaxt keçirməsini istəyənləri) ən xoşladıqları və istifadəsi rahat olan tii mövqeyindən oynamağa həvəsləndiririk.

Dörd nəfərli oyun üçün məqbul olan maksimum vaxt 4 saat 30 dəqiqədir. Qrupunuz oyun sürətinə (qarşınızdakı komandayla aranızdakı məsafəni qorumaq) uyğunlaşmaqda çətinlik çəkirsə, siz oyunçuların sayından asılı olmayaraq arxadakı oyunçuların sizi keçməsinə icazə verməlisiniz. Müvafiq oyun sürətini təmin etmək üçün içki daşıyan maşın, Dreamland Qolf Akadmiyası və kafe fasilələri 10 dəqiqədən çox olmamalıdır.

MOBİL TELEFONLAR
Mobil telefonlar və digər mobil cihazlardan istifadəyə yalnız müəyyən olunmuş ərazilərdə icazə verilir. Xahiş edirik, bu qaydaya hörmət edin və digər oyunçulara qarşı nəzakətli davranın.

MEYDANÇANIN QAYĞISINA QALMAQ
BÜTÜN top izlərnin bərpa olunması, dağılmış BÜTÜN bankerlərin düzəldilməsi və meydançada olan BÜTÜN klab izlərinin bərpa olunmasını təmin etmək hər bir oyunçunun borcudur. Zəhmət olmasa, bankerləri səliqə ilə dırmığlayın və dırmığı bankerin içinə səliqə ilə qoyun.

SİFARİŞİN LƏĞV EDİLMƏSİ QAYDASI
Nəzərinizə çatdırmaq istərdik ki, Dreamland Qolf Klubu 48 saat öncədən sifarişin ləğv olunması qaydasını həyata keçirir və oyuna gəlmədiyiniz və ya 48 saat müddəti daxilində sifarişini ləğv etdiyiniz təqdirdə belə oyunun ödənişi sizin kredit kartınızdan çıxılacaq. Bu qayda, həmçinin, qrup oyunçularının sayında azalma zamanı da tətbiq olunacaq. Sifarişin ləğv olunması ilə bağlı mərkəzi rezervasiyalar şöbəsinə elektron məktub göndərilməlidir. Aşağıdakı ünvanlar vasitəsilə elektron məktub göndərin: reservations@dreamlandgolfclub.com; info@dreamlandgolfclub.com.

Məyus olmamaq üçün sizə rezervasiyalar komandamızla oyun vaxtının mövcudluğunu yoxlamağı və tii vaxtınızı əvvəlcədən sifariş etməyi məsləhət görürük.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts