Klub Xəbərləri

Mercedes Trophy CEE & Africa Final 2019.

 

Bolqarıstanda qolf üzrə “MercedesTrophy CEE & Africa Final 2019” regional turniri keçirilib. Azərbaycan təmsilçiləri ümumi komanda hesabında turnirin qalibi adını qazanıblar.

Şərqi Avropanın, Asiyanın və Afrikanın altı ölkəsindən yerli “Mercedes Trophy” turnirinin qalibi olan qolfçular öz ölkələrini bu ilin oktyabrında Ştutqartda keçiriləcək dünya finalında təmsil etmək hüququ uğrunda iki gün ərzində gərgin idman mübarizəsi aparıblar. Qolfçular üçün oyunun səviyyəsinə görə turnir müxtəlif kateqoriyalarda keçirilib. Turnirin yekunlarına görə güclü oyunçuların yarışdıqları A kateqoriyasında 0-dan 12-dək handikapla Azərbaycan komandasının qolfçusu David Seo, B qrupunda (13-24 handikap) Elman Rzayev qızıl medalı qazanıblar. Qross qrupunda isə Azərbaycan komandasının üzvü Andrew Hulston ikinci yeri tutub.

Turnirin qaydalarına görə, hər bir qrupun qalibi bu ilin sentyabrında Almaniyanın Ştutqart şəhərində keçiriləcək dünya finalında – “Mercedes Benz Trophy World Final”da öz ölkəsinin idman şərəfini qoruyacaq.

Azərbaycanı çempionatda B kateqoriyasında qalib olmuş Elman Rzayev və A kateqoriyasında birinci yeri tutan David Seo təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan yığmasının qolfçusu Steve Baker “Drive to the Major” turnirində qalib gəlib. O, bu qələbə sayəsində İrlandiyada keçiriləcək ən qədim və dünya üzrə dörd nüfuzlu qolf turnirindən birinə – “The Open Royal Portrush Club”a vəsiqə qazanıb.

“Mercedes Trophy CEE & Africa Final 2019” turnirinin qalibi olmuş Azərbaycan komandası 2015-ci ildə Azərbaycanda qolfun inkişafı və kütləviliyinin artırılması üçün Bakıda açılmış yeganə qolf-klubun – “Dreamland Golf Club”un ərazisində bu ilin mayında keçirilmiş seçim turnirinin nəticələri əsasında formalaşıb. Dünya üzrə müxtəlif səviyyəli “Mercedes Trophy” turnirlərinin iştirakçılarının ümumi sayı 60 min nəfərdir.

Azərbaycan bu turnirin tarixində ilk dəfə finalda təmsil olunacaq.

 

 

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts