ELŞƏN QULİYEV, BAŞ MƏŞQÇİ KÖMƏKÇİSİ

Dreamland Qolf Akademiyasında  Baş Təlimçi Köməkçisi

Qolf hər kəs tərəfindən oynanılacaq bir idman növüdür. Uşaqdan tutmuş böyüyə qədər hər kəs qolfla məşğul olmağa istənilən yaşda başlaya bilər. Mənim məqsədim qolfu maraqlı etmək və ən yaxşı qolfçu olmaq üçün hər bir çətinliyin öhdəsindən gəlməkdir.”

Siz Azərbaycanda qolf oynamağa  nə zaman başladınız? 
Mənim qolf ilə ilk tanışlığım 2013-cü ildə oldu,o zaman məni qolf üçün qapalı meydanı olan “GolfLand” klubuna işə dəvət etmişdilər. Bu mənim ilk gördüyüm qolf klub idi, və əvvəl qolf haqqında heç bir məlumatım yox idi, çünki Azərbaycanda mövcud deyildi. Mənim ilk real qolf meydanında təcrübəm 2014-cü ildə Qubada  Azərbaycanın milli qolf klubunun rəsmi açılışında oldu. Və o zaman qolfa marağım daha da artdı.

Qolf oyununda ən çox xoşunuza gələn nədi?

Qolf oyunu yeni idman növü olduğu ilə əlaqədar, mən öz məşqçi işini sevirəm və hər gün qolfu müxtəlif yaşlarda olan yeni insanlara təqdim eləməkdən xoşum gəlir. O zaman özümdə oynamağı sevirəm, və bununla da golfda olan bacarıqlarım daha da inkişaf edir. Golf mənim üçün çətin bir idman növüdür, amma tezliklə insan golfa öyrəşir. Xoşuma gələn fakt odur ki, müxtəlif yaşlarda olan insanlar qolfla məşğul ola bilərlər, və bu idmanı ailə üzvləri üçün əl çatan edir.

Sizin fikrinizcə bu axır illər ərzində, Sizə qolfda  bacarıqlarınızın inkişaf eləməsi üçün nə kömək edib?

Fakt odur  ki, mən bu axır iki il ərzində professional məşqçilərnən işlədiyimə görə, mənim üçün gözəl fürsətlər yaranıb, həm qolf oynamağı həmçinin məşqçi fəaliyyətini kifayət qədər yaxşı səviyyədə öyrənməyə səbəb olub. Və hər gün  yeni bir təcrübədir. Bu axır illər ərzində Azərbaycan Qolf Federasiyasında birlikdə çiyin çiyinə işlədiyim, milli məşqçimiz Spensor Henderson mənə qolfun təməllərini, yetəri qədər uşaqlara dərs keçməyi öyrədib,və SNAG golfunu Bakı məktəblərində tanıdıb və populyar edib. Bu yaxın on ay ərzində isə Dreamland Qolf Akademiyasının baş məşqçisi Maykl Svini ilə çalışıram. Saatlarla Maykılı izləyərək,  müxtəlif səviyyələrdə olan oyunçularla məşq keçdiyi zaman, çox şey öyrəndim, baş məşqçi necə dərs keçməlidir, yalnız  məşqçi fəaliyyəti  nöqtəyi nəzərdən yox, həmçinin menecment və akademiyanı idarə etmə nöqtəyi nəzərdən öyrənirdim.  Bəxtimiz gətirib ki, Dreamland Golf klubunda dünya standartlarına uyğun və tədris keçməyim üçün bütün  növ avadanlıqlar var. Bu mənim üçün yaradılmış  ilk fürsət di  ki, önümdə inkişaf etməyim üçün strukturlaşdırılmış bir plan gördüm.  Yeni bir şey  öyrənmək üçün, insan gördüyü işdən ilham almalıdır. Öyrənmək istəyimin olması, və gördüyüm işdən ilham aldığıma görə, mən həm bir qolfçu kimi, həm də məşqçi kimi bacarıqlarımı bu idman növündə inkişaf etdirməyimə kömək oldu.  Bircə onu başa düşdüm ki, böyük nailiyyətlər əldə etmək üçün, golfda insan öz vaxtını tamami ilə  məşqlərə sərf etməlidir ,başqa idman növlərin də olduğu kimi, amma böyük meydanda da oynamaq üçün bəlli bir zaman tələb olunur.

Sizin fikrinizə görə, SNAG insanlara golf oynamağı öyrənməyə necə kömək edə bilər?

SNAG (START NEW AT GOLF)  «Golfda yeniliyə başla! » deməkdir, bu Dreamland də hər gün baş verir, çünki qolfu yeni potensial qolfçulara təqdim edirik. SNAG yaşda kiçik olan oyunçulara bacarıqlarının inkişafı üçün, maraqlı və təhlükəsiz  formada keçidiyinə görə çox yararlıdır.
SNAG qolfa böyük və yumşaq  toplar, daha yüngül,  böyük vuruş sahəsi olan sopalar daxildir. Bu oyun prosesini çox yüngülləşdirir.  SNAG-in  faydalı olması üçün çoxlu avadanlıqlar daxildir, yeni oyunçuların tədrisini yüngülləşdirir və qolfun təməllərini öyrənməyə kömək edir.

Sizin fikrinizcə Azərbaycanda  qolf necə inkişaf  edəcək? 
Mən elə hesab edirəm ki, Azərbaycanda qolfun inkişafı üçün, son iki il ərzində yerli  oyunçu olmamasını nəzərə alaraq, biz əhəmiyyətli olan nailiyyətləri qazanmışıq. İndiki zamanda, biz öz yerli kiçik və böyük yaşlarda olan, qruplarlarda oyunçularımız var, onlar klubunun üzvləridirlər və qolfa müntəzəm olaraq məşğul olurlar .
Mənim zənnimcə, düzgün məşqçi fəaliyyətini davam etdirdikcə, və lazımi dəstəyi aldıqca, biz Dreamland Qolf   klubunda irəlidə uzun müddətli strateqiyasına uyğun olaraq  davam etsək, inkişaf edərik.

Oyunçunun svinqində əhəmiyyətli olan  aspekt nədir? 
100% olan əhəmiyyət daşıyan  aspektlər – əsas olan qaydalardı. Oyunun təməli, onu düzgün oynamağı öyrənib, və düzgün  formada oynamağa  başlamaqdı.  Oyunun əsas qaydalarını bildikdən sonra, hər bir qolfçu öz bacarıqlarını xeyli inkişaf etdirə və olduqca real zövq ala bilər. Əsas aspektlərə bunlar daxildir : qolf sopasını əldə düzgün tutmaq, təyin olunan hədəfə dəqiq vuruş etmək, duruş qaydası və s. Həmçinin Maykl  mənə qısa məsafədə olan vuruşların, qrin ətrafında vacibliyini və bunada  bəlli bir vaxt ayırmağın əhəmiyyətini vurğulayıb.

Qolfçulardan ən çox kimdən xoşunuz gəlir?
Müasir qolfçulardan Con Deylidən xoşum gəlir, çox rahat oyun üslubu, rəğbət olunan xasiyyəti var. Keçən il Türkiyə də «Turkish Airlines Open» turnirində seyr edərkən, gözlərimə inanmadım, Con özünü qrində  necədə sərbəst hiss edirdi. Ümüd edirəm ki, mən də nə vaxtsa onun kimi uzaq məsafələrə vura biləcəm! Həmçinin Arnold Palmeranın böyük fanatiyam, və onun tək qolf idman  nailiyyətlərinə  görə  yox, öz  biznes karyerasını davam etməsinə görə də bəyənirəm. Bizim üçün golf ailəmində onun yeri görünəcəkdir.

Sizin ən sevdiyiniz golf meydanı hansıdır? 
Mənim ən sevdiyim qolf meydanı «Yaşlı Meydan»adlanan Sent Endrusda yerləşən meydandır. Xoşbəxtlikdən 2015-ci ildə, mənə o meydanda oynamaq nəsib oldu. Sent Endrusda Qolf Qaydaları 2-ci səviyyə  üzrə imtahanlar keçirilən zaman, dünyanın ən məhşur qolf meydanında oynadım, və o mənim həyatımda ən gözəl təcrübəm idi. Və Sent Endrus şəhəri məni öz cazibəsi ilə valeh elədi, qolfçular üçün Məkkə gədər müqəddəs sayılan bir yerdir. O meydan Dreamland Qolf klubunun meydanından xeyli fərqlənir, və bu mənim ilk sahilyanı golf təcrübəm idi.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts