Klub Xəbərləri

Azerbaijan Open 2018

 

İlk Gün – 2018 Azərbaycan Open və GEC Open

2018 Azərbaycan Open yarışının ilk günü GEC Open – Qlobal Sahibkarları Birləşdirən Çempionat – ilə birlikdə təşkil edilmişdi. Bu Qlobal yarış 34 ölkədə keçirilir və hər ölkədən 3 qalib bu ilin dekabrında BƏƏ-nin Dubay şəhərində, Emirates Qolf Klubunda öz ölkələrini təmsil edəcəklər. Möhtəşəm oyundan sonra biz hər üç qalibi təbrik edirik. A Diviziyası, Qolf Handikapı 0-12.6 arası olan oyunçular arasında Bruce Munroe Ferguson 39 xal ilə qalib oldu. B Diviziyasında, handikapları 12.6 – 19.8 aralığında qolfçuların yarışında Xəlil Hüseynov möhtəşəm 41 xal ilə və Oceenering komandasının üzvü Greg Unumb C diviziyasında 38 xal ilə qalib oldu. Bütün qaliblərə Dünya Finalında uğurlar arzulayırıq.

Əlavə Yarış Qalibləri İlk Gün:-

Bayrağa ən yaxın top, 13-cü dəlik – GEC Open 2018 – Isa Al Borshaid

Ən uzağa vuruş, 4-cü dəlik – GEC Open 2018 – Darren Thomson

Hədiyyə bayrağına ən yaxın vuruş, 1-ci dəlik Azerbaijan Open 2018 – Greg Barclay

Bayrağa ən yaxın top, 5-ci dəlik Azerbaijan Open 2018 – John Salins

Bayrağa ən yaxın top, 10-cu dəlik Azerbaijan Open 2018 – Stuart McLean

Bayrağa ən yaxın top, 17-ci dəlik Azerbaijan Open 2018 – Michael Zanghi

İkinci gün – 2018 Azərbaycan Open

Hər bir komandadan iki oyunçunun xallarının hesablandığı yarışda son gün formatı iştirakçılara öz vuruşlarını daha ağıllı istifadə etməyə məcbur edirdi.Komanda üzvü Chris Bernardinin (46 xal) möhtəşəm oyunu ilə onun komandası toplamda 100 xal ilə ikinci günün qalibi oldu.

İkinci Günün Qaliblər – (BOS Şelf 2) Mitch Hughes, Ian Allan, William Walls, Chris Bernardi – 100 xal. Mükafatlar – Qızıl Medallar, Dubayın Jumeirah Qolf Klub və Trump Dubay qolf meydançalarında 18 dəlik oynamaq üçün vauçer, Four Seasons Bakı hotelindən SPA Vauçeri, Bazarstore Mağazalar şəbəkəsindən 100 manatlıq hədiyyə kartı və Chabiant çaxırlarından hədiyyə.

İkinci Günün Gümüş Medalçıları – (Dreamland Qolf Klub 7) Nick Hore, Bryan Thomas, Steven Parkes, Callum Stewart – 91 xal.  Mükafatlar –  Gümüş Medallar, Ajman şəhərinin Al Zohrah Qolf Klubu və Dubayın Els Qolf Klubunda 18 dəlik oynamaq üçün vauçer, JW Marriot Bakı hotelində Zombo Yemək Vauçeri, Bazarstore Mağazalar şəbəkəsindən 75 manatlıq hədiyyə kartı və Chabiant çaxırlarından hədiyyə.

İkinci Günün Bürünc Medalçıları – (Dreamland Qolf Klub 3) David Lawson, John Quinn, Gavin Mackenzie, Alan Ferguson – 89 xal. Mükafatlar – Bürünc Medallar, UnoGolf markasından Kəmərlər, Abu Dabinin Yas Links qolf meydançasında 18 dəlik oynamaq üçün vauçer və Qolf Mütəxəssisimiz Alex Day-dən hədiyyə dərs paketi.

Final Günü Əlavə Yarış Qalibləri:-

Bayrağa ən yaxın top, 5-ci dəlik David BrayBayrağa ən yaxın top, 10-cu dəlik John McGhee

Bayrağa ən yaxın top, 13-cü dəlik Chris Bernardi

Bayrağa ən yaxın top, 17-ci dəlik Chris Wood-Woolley

Ən uzağa vuruş, 12-ci dəlik Susan Drummond

Hədiyyə bayrağına ən yaxın vuruş, 15-ci dəlik Iain Grant

Ən düz vuruş, 18-ci dəlik Leona Patterson

Azərbaycanın Çempionları!

Böyük qürur hissi ilə Xəyal Adası Qolf klub komandasını Azerbaijan Open 2018 qolf turnirində qalib gəlmələri münasibəti ilə tebrik edir və qeyd etmək istəyirik ki, iki günlük yarışmanın qalibləri dörd nəfər azərbaycanlı oldu. Qaliblər: Xəlil Hüseynov, Elman Rzayev, İltifat Ağayev və Xəyal Adası Qolf klubunun dəyərli işçilərindən biri Tural Vəlizadədir. Onlar yarışmanın 1-ci günü  Stableford  formatında 143 xal topladılar, final günü isə Betterball Stableford formatında 89 xal əlavə toplamağa nail oldular. Onlar 2-ci yeri tutan komandadan cəmi 4 xal fərqlə, ümümi 232 xalla qalib gəldilər. Qaliblərə verilən ən böyük mükafata   Türkiyədə Bələk Titanik Qolf Klubunda 2 gecə qonaqlama və golf oynamaq daxil idi.  Bununla yanaşı, qaliblər digər tədbir təçkilatçılarımızdan olan Bentley firmasından hədiyyələr, Dinamo otelindən Spa vauçerləri və Bazarstore-dan hədiyyə paketleri qazandılar. İki gün davam edən tədbirdə hamının zövq aldığı Şənbə günü keçirilən Qala Şam yeməyini və Trick Shot Şou peşəkarları Geoff Swain və Kevin Carpenterin qonaqlara nümayiş etdirdiyi şounu xüsusilə qeyd etmək istərdik. 

HƏR KƏSƏ TƏŞƏKKÜRLƏR

Qolf Klub müdiriyyəti adından bütün Sponsorlara, Korperativ Komandalara, Dreamland Qolf Klubu üzvlərinə və Qonaqlara 2018 Azərbaycan Open yarışına dəstəklərinə görə təşəkkür edirik. 88 qolfçunun iştirak etdiyi yarş hər kəsə yaddaqalan bir həftəsonu bəxş etdi. “Biz xüsusən Platin Sponsorlarımız Oceenering və GEC Open-ə öz dərin minnətdarlığımızı bildiririk”, Phil Jones. Oceenering şirkətinin Regional Meneceri Greg Boyle, “Azərbaycan Open öz müştəriləmiz və dostlarımız ilə bir araya gəlmək üçün böyük bir fürstə idi, bütün oyunçularımız və qonaqlarımız qonaqpərvərlikdən həzz aldılar.  Bizim gələcəkdə də Dreamland Qolf Klubu ilə yaxından əməkdaşlıq etməkdən şad olarıq və Azərbaycanda qolfun inkaşına öz töhvəmizi verməyə çalışacağıq”. Bir çox böyük şirkət və istirahət məkanlarının hədiyyələrlə sponsorluq etdiyi yarışda qaliblər bir çox yüksək səviyyətli hotellərdə gecələmək, nahar və alış-veriş vauçerləri və dünyanın bir çox möhtəşəm qolf meydançalarında oynamaq hədiyyələri qazandılar.

 

GEC OPEN 2018

“2018 AZERBAIJAN OPEN”

Gala Dinner

Trick Shot Show

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts