ANTON SAMSONOV, PGA PROFESSIONAL

Rusiya qolf professionalı, Britaniya PGA Akademiyası məzunu

“Qolfun Olimpiya oyunlarına qayıtması ilə biz Azərbaycanda bu idman növünün təbliğ edilməsində bacardığımızca çalışmalıyıq. PGA golf professional kimi məqsədim qolfu təbliğ etmək və insanlara qolfu həqiqətən də maraqlı və aktiv idman kimi təqdim etməkdir. Mən əminəm ki, Siz təlim prosesindən məmnun qalacaqsınız və bunun nəticəsi qolf meydançasında davam edəcəkdir. ”

Anton Dreamland qolf klubuna Rusiyada Moskva Kountri Klubu ( Rusiyada Çellanc və Avropa tur kimi turnirləri qəbul etmiş ilk 18 dəlik qolf meydançası) kimi  bir neçə aparıcı qolf klubların yerləşdiyi Moskvadan gəlmişdir.Pestovo Golf & Yaxt klabında PGA professional Stefan Dundas ilə çalışmışdır. Anton Britaniya PGA ixtisasını tamamlamışdır beləliklə 7 tam ixtisaslı professionallaın qrupuna qoşulmuşdur. Son zamanlardakı uğuru ictimaiyyətə açıq Forest Hills Golf klubunun açılışı olmuşdur .

Nə üçün Dreamland Golf Kluba gəlmək istədiniz? İlk dəfə mən Fil Jonsla 2013-cü ildə Zavidova qolf klubunun açılışında tanış olmuşam. Biz hamımız qolfun Moskva ətrafında təbliğinə və oyunçu sayının artırılmasına aktiv şəkildə  cəlb olunmuşduq. Mən Fil Consun Azərbaycana köçməsindən sonar Dreamland-də layihəsini  izləməyə başladım. Nəticədə mən bir qrup qolfçuların Moskvadan Bakıya gətirdim. Bütün departamentlərin, qolf meydançasının , Akademiyasının  işindən çox təsirləndim. Mən bilirdim ki, Azərbaycanda qolfun inkişafına kömək ola bilərəm və bu komandanın bir hissəsi olmaq istəyirəm.

Rusiyada qolfu necə təbliğ edirdiniz? 10 yaşımda olarkən qolf oynamağa başladım. O vaxt Rusiyada qolfun necə gözəl oyun olduğunu çox az adam bilirdi. İllər sonra, müxtəlif qolf turnirlərində iştirak etdim, müxtəlif tədbirləri qəbul etdim. öz PGA təhsilimi Birləşmiş Krallıqda Birmingem şəhərində başa vurdum. Bundan sonra məndə qolfun daha məhşur və əlçatan olması necə edə bilmək barədə təsəvvürlərim genişləndi.

Biz qolfun nədir sualını cavablandırmaq üçün məktəblərdə müxtəlif tədbirlər, yerlilərə axşam sinifləri təşkil etdik və  sərgilərdə turnirlərdə  iştirak etdik. Mən şəxsi SamsonovGolf Youtube kanalı vasitəsiylə “Nə üçün Qolf?” sualına ətraflı cavab verməyə başladım. Bir neçə qolf qısa videoları vasitəsiylə oyunun necə olduğunu, necə gözəl qolf meydançamızın olduğunu, göstərə  və öz ana dilim olan rus dilində qolf oynamağın üstünlüklərini izah edə bildim.

Dreamland Golf klubunun Akademiyası  Sizin olduğunuz qolf klubların sahib olduqlarından başlıca fərqi nədir? Dəbdəbə! oyunu öyrənmək və inkişaf etdirmək üçün həqiqətən də dünya səviyyəli mühitdir. Oyunçuların geniş  qrin və çippinq ərazilərindən əlavə olaraq son texnologiyalardan da istifadə etmək imkanı var. İMG Performans studiyasında Flight Scope və V1 Pro proqramı vasitəsiylə tələbələrin svinqlərini dünyadakı ən yaxşı qolfçuların svinqləri ilə müqayisə edə bilirik. İkinci studiyamızda Sam puttinq cihazından istifadə etmək üçün dərslər götürməyi bütün oyunçulara məslhət görürəm. Sizin 2017-də ki məqsədlərinizə çatmağınız üçün Bakıdakı oyunçular üçün bağlı renc ərazisindən ilin bütün vaxtı yararlana bilərsiniz.

Hansı dərs növləri üzrə Dreamland Qolf Akademiyasında fəaliyyət göstərəcəksiniz? Əsas olaraq qolf öyrətim gündəliyim rus dilli yerlilərlə yanaşı , Qazaxıstan Rusiya kimi qonşu ölkələrdən gələn ziyarətçilər üçün açıq olacaq.

Dreamland Dye Qolf meydançasında oynamaq üçün neçə dərs götürmək lazımdır? Biz çalışırıq ki svinq nəzəriyyəsinin əsas hissəsini 5-6 dərs ərzində tələbəyə çatdıraq. Əgər tələbə bu dərslər arasında məşq edərsə ,bu onların meydançaya ilk addımı atmağı üçün kifayət edəcək.

Sizin qolf svinqində fəlsəfəniz nədir? Bir çox səhvlər zəif qripdən ( qolf çubuğunu tutma) və duruş vəziyyətindən qaynaqlanır. Bunlar fundamental olanlardır. Düzgün istiqamətlənmiş duruş və düzgün qrip hər zaman əhəmiyyət kəsb etmişdir. Biz İMG studiolardan və texcnologiyalardan çox istifadə etdikcə qolf svinqlərimiz daha da təkmilləşir.

Siz qolfdakı inkişafınızda kimdən ilhamlanmısınız? Tayqer Vuds izlənməsi ən məşhur qolfçudur. Daha sonra david Duvalı misal çəkə bilərəm. Mən onlar haqqında hekayələr oxumağı və Con Dali kimi oyunçuların oyunlarını izləməyi sevirəm. ( xüsüsən onun geyim tərzini… )

Sizin ən yaxşı göstərdiyin qolfdakı nəticəniz hansıdır?  70(-1) Kiprdə Pafosda “Secret Valley” qolf klubunda .

Sizin qolf əməliyyatları pozisiyasında qolf oynamağa nə qədər zamanınız qalır? Baxmayaraq ki, daha çox turnirlər təşkil etmək , işçi heyətin təlimləri, tədbirlərin planlanması çox vaxt aldığından istədiyimiz qədər meydançaya çıxa bilmirik. Amma çalışıram ki ,bacardığım qədər çox oynayım . Bu həm də üzvlərimizlə tanış olmaq üçün ən gözəl yollardan biridir, Ümid edirəm tezliklə Sizinlə də qolf maşınında bərabər olarıq!

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts