Qadınlar Qolfu

BÜTÜN STANDARTLARDA OLAN XANIM QOLFÇULARIN MÜKƏMMƏL TƏLİM MÜHİTİ 

Digər qadınlarla birlikdə rahat mühitdə qolfu öyrənməyə başlayın və ya oyununuzu təkmilləşdirin. Dünya səviyyəli dərs məkanlarımızda PGA qolf mütəxəssilərimiz sizə dərs keçəcək və ehtiyacınız olan bütün peşəkar məsləhətləri verəcəklər.

Çoxtərəfli bacarıqların aşkara çıxarılmasına şərait yaradan və tələblərinizə uyğun şəkildə müəyyənləşdirilən siniflərdə hər peşəkar məşqçi maksimum səkkiz nəfər oyunçuya təlim keçir. Fərdi olaraq qoşulmaq üçün yer sifariş edin və ya dostlarınızla qrup şəklində qeydiyyatdan keçin.

Klinikalar hər həftənin çərşənbə günləri saat 13:00-da keçirilir. Bura pulsuz qəhvə də daxildir. Dərsdən sonra ac olacaqsınız? Burada bir az da qalın və Bakının ən yaxşı yaşıllıq ərazisindən ibarət olan mənzərəni seyr edərək bizim Avropa üslublu Café Tdə zəngin menyumuzla qəlyənaltıdan zövq alın!

Dreamland Qadınlar üçün Qolf Klinikası – Pulsuz qəhvə də daxildir

Gün: Çəənbə

Vaxt: 13:00-14:00

Qiymət: 20 AZN

Academy@dreamlandgolfclub.com ünvanına elektron məktub göndərməklə özünüz üçün yer sifariş edin.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts