Pəşəkarlarla Tanış Olun

PGA ÜZRƏ PEŞƏKAR

ALEX DAY, PGA ADVANCED GOLF PROFESSIONAL 

Head Professional at Dreamland Golf Academy 

 

Alex-in qolfla ilk  tanışlığı 11 yaşında olarkən Böyük Britaniyanın Litchfield şəhərində olmuşdur. Bu idmana olan ehtiras böyüdükcə, o bütün səviyyələrdə öz regionunu təmsil etməyə başladı və 2001-ci ildə Glowster Universitetində təhsilini bitirdikdən sonra, Alex Belefry-də Professional komandaya qatılmağa qərar verdi. 2005-ci ildə Alex qolf məşqçiliyi və sving nəzəriyyəsi dərslərində fərqlənmə qiymətləri alaraq PQA təhsilini tamamladı.

O, Belefry-də işləyərkən Avropa Turunun ən qabaqcıl məşqçiləri daxil olmaqla bir çox mənbədən dərin bilik və bacarıqlara yiyələndi. Alex öz dərslərini keçərkən bütünlük nəzəriyyəsinin tərəfdarıdır.  O, “Qabaqcıl PQA” statusuna sahibdir və eyni zamanda 2-ci səviyyəli TPİ sertifikatlı mütəxəssisdir və qolfa yeni başlayanlardan tutmuş professionalara qədər bir sıra insanlarla işləmiş və onların şəxsi ehtiyaclarını qarşılayan proqramlar hazırlamışdır.

Yaxın Şərqdəki işi zamanı Alex, Oman milli komandanısına məşqçilik etmiş və Muscat Hills Golf & Country Club-da ölkənin ilk uşaq təhsil proqramını yaratmaqda mühüm rol oynamışdır. Dreamlandə gəlməzdən öncə Alex Rusiyada yerləşən Zavidovo PGA National qolf klubunda növbəti uğurlu Akademiya yaratmış və ilk PQA təhsil proqramını hazırlamışdır.

Bakıda Alex-in əsas hədəflərindən biri bütün üzvlər, qonaqlar və yerli ictimaiyyət üçün yüksək keyfiyyətli təlimlər təşkil edərək qolfu maraqlı, əlçatan və mükəmməl bir oyun kimi təqdim etməkdir.

“Mən hər zaman bacarıqlarımı və biliklərimi inkişaf etdirməyə çalışmışam lakin buna baxmayaraq heç vaxt unutmuram ki, qolfda oyunçular sadə və lakonik məsq proqramında ehtiyac duyurlar. Mən hər zaman qolfa yeni başlayanlara və təcrübəli qolfçulara məqsədlərinə nail olmaq və oyundan maksimum dərəcədə həzz almaq üçün kömək etməyə hazıram.”

Məşqçiliyimə ən böyük təsir göstərmiş şəxs: Pete Cowen göstərmişdir.

Fantastik dördlük (mən də daxil olmaqla): Ben Hogan, Seve Ballesteros və Tiger Woods

Ən yaxşı golf məsləhət: Möhkəm prinsiplər və güclü təməllər effektli sving üçün əsasdır.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts