Korporativ Qolf

MÜŞTƏRİLƏRİN ƏYLƏNCƏLİ VAXT KEÇİRMƏSİNİ İSTƏYİRSİNİZ? KORPORATİV QOLF TƏLİMİMİZ TƏLƏBLƏRİNİZƏ UYĞUN ŞƏKİLDƏ TƏŞKİL OLUNUB.

Qrupla təlim keçmək daha əyləncəli ola bilər. Eyni zamanda, digərlərinin səhvlərini görməklə də daha çox şey öyrənə bilərsiniz! Akademiyada dostlarınızla başlanğıc dərsində qolfla tanış ola və ya daha təcrübəli səviyyədə svinqlə bağlı peşəkar məsləhət almaq imkanı əldə edə bilərsiniz. Ehtiyac olduqda, ləvazimatlar ödənişsiz qaydada təqdim edilir.

Yeni başlayanlar üçün korporativ qrup klinikası 

Daha əvvəl heç vaxt qolf oynamamış və ya çox az təcrübəsi olan şəxslər üçün oyunun əsasları ilə tanışlıq. PGA mütəxəssisimiz təlim prosesini əyləncəli və yaddaqalan keçirərək hər kəsi tam olaraq iştirak etməyə həvəsləndirəcək. Dərsdə hər peşəkar məşqçi ilə maksimum səkkiz oyunçu ola bilər.

(Sifariş etmək üçün Qolf Akademiyası ilə əlaqə saxlayın)

Korporativ qabaqcıl qrup klinikası 
Öz oyunlarının hər bir sahəsi ilə bağlı xüsusi məlumat və ya tövsiyə əldə etmək istəyən daha peşəkar oyunçular üçün. Qolfçular tədris təcrübələrini və svinq imkanlarını təkmilləşdirmək məqsədilə ən son qolf texnologiyaları ilə tanış olmaq imkanı əldə edəcəklər. Dərsdə hər peşəkar məşqçi ilə maksimum səkkiz oyunçu ola bilər.

(Sifariş etmək üçün Qolf Akademiyası ilə əlaqə saxlayın)

Korporativ isinmə klinikası (tii vaxtından bir saat əvvəl) 

PGA mütəxəssislərimizdən biri qolf oyunundan əvvəl isinmə məşqlərinə rəhbərlik edəcək və oyuna başlamazdan əvvəl müştərilərinizə meydança ilə bağlı tövsiyələr verəcəkdir. Ümumi oyunu təkmilləşdirmək üçün, oyunçuların peşəkar tövsiyələr əsasında meydança üçün tələb olunan xüsusi vuruşları öyrənməsi mükəmməl üsul hesab edilir.

(Sifariş etmək üçün Qolf Akademiyası ilə əlaqə saxlayın)

Qolf mütəxəssisini məğlub etmə təcrübəsi

Bacarıqlı PGA mütəxəssisimizi xüsusi par 3-lük meydançada yerləşdirərək korporativ təcrübənizi daha da artırın. Müştərilər mütəxəssis ilə yarışırlar və həmçinin onun xüsusi vuruşlara necə yanaşdığının və zərbə endirdiyinin şahidi olurlar. Onlardan hansısa qolf mütəxəssisini məğlub edə biləcəkmi?

(Sifariş etmək üçün Qolf Akademiyası ilə əlaqə saxlayın)

Əyləncəli bacarıqlar yarışı (hər qrup üzrə ən azı 1 saat) – 

Qolf vasitəsilə komanda təşkili! Komandalar Akademiyanın məşq ərazisində hazırlanmış tii hədəfləri ilə bacarıqlara əsaslanan bir sıra qısa və uzun oyun tapşırıqları üzrə rəqabət aparırlar. Səmimi rəqabət mühiti oyuna diqqət ayıran kollektiv arasında müsbət yönümlü ünsiyyət vasitələrini təmin edir.

(Sifariş etmək üçün Qolf Akademiyası ilə əlaqə saxlayın)

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts