IMG Performans Studioları

BÜTÜN OYUNÇULAR ÜÇÜN QOLF TƏLİMİNİN ƏN YÜKSƏK STANDARTI

Hər bir qolfçunun özünəməxsus bədən quruluşu və fərdi fitnes və elastiklik səviyyəsi var. Ona görə də hər bir oyunçunun svinq və təlim planı fərdi şəkildə oyun texnikasının inkişaf etdirilməsi üzərində qurulmalıdır.

Bizim təlim fəlsəfəmiz bu əsas anlayış üzərində qurulub. Burada “bir svinq hamıya uyğundur” deyə bir fikir yoxdur və optimal svinqi müəyyən etmək üçün Dreamland Qolf Akademiyasına daxil olan hər bir oyunçuya özünün oyun texnikası nümunəsini müəyyənləşdirmək və gücləndirmək üçün təlim keçilir.

IMG PERFORMANS STUDİOLARI

İMG Ernie Els, Paula Creamer və dünyanın ən son qolf sensasiyası olan Lydia Ko kimi çempionları təmsil edərək hal-hazırda dünyada bir çox peşəkar qolfçulara yaxşı idman təlimi verən məşhur beynəlxalq qolf şirkətidir.

Dreamland Qolf Akademiyası performansın təkmilləşdirilməsi üzərində təmərküzləşən studiyalarımız vasitəsilə qolfçuların oyun texnikasının inkişafına kömək etmək üçün ən mükəmməl təlimin keçirilməsini təmin etməklə İMG ənənəsini davam etdirir. Həm FlightScope müşahidə monitoru və fitnes avadanlığı olan V1 studiyamız, həmdə SAM PuttLab və klabların uyğunlaşdırılması otağımız özünəməxsus təlim atmosferi yaradır. Bütün səviyyədə olan qolfçuların öz hədəflərinə çatmaları üçün peşəkar müəllim heyətimiz ilə onlara intensiv təlim təcrübəsi yaşadırıq.

Dreamland Qolf Akademiyasında təlim prosesinə başla və IMG performans studiyolarımızın necə qolfçular yetişdirmək qabiliyyətinə malik olduğunu sizə göstərək.

Təlim paketlərimiz içərisində seçim edin və qolf uğurlarınıza elə bu andan start verin.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts