Gənclər Akademiyası / Gələcəyin Ulduzları

YENİ NƏSİL RORY MCİLROY-LAR VƏ LYDİA KO-LARA ÇAĞIRIŞ!

Əgər uşağınız yeni əyləncəli fəaliyyət növü axtarırsa, onları bizim uşaq proqramımıza qeydiyyatdan keçirin. Bu, qolfu öyrənməyə yeni başlayan 6-15 yaşlı uşaqlara gözəl qolf oyununu öyrətmək üçün strukturlaşdırılmış qrup dərsləri seriyasıdır. İlk mərhələdə onlar vaxtın idarə edilməsi bacarığını öyrənirlər. Onlar hətta yarış səviyyəsinə qədər irəliləyə bilərlər.

İdmanın daha əyləncəli, maarifləndirici və həyəcanlandırıcı olmasına diqqət ayıran PGA peşəkarlarımız ilə övladınız əla məşqlər keçəcək. Multi-idman proqramı erkən yaşda bir çox fiziki fəaliyyətlərə təşviq edir – onlar hətta futbol qolfunu da sınaqdan keçirə bilərlər.

Bizim uşaqlar proqramının Azərbaycan Qolf Federasiyasının “Flames Golf” proqramı ilə güclü əlaqəsi var və biz birgə məqsəd üçün çalışırıq – odlar yurdunda qolf oyununu inkişaf etdirmək.

Bütün dərslər dünya səviyyəli obyektlərimizdə keçiriləcək və biz burada uşaqları gələcək qolf çempionlarına çevirəcəyik.

Uşaqlar proqramına daxildir:

      Ən son qolf avadanlıqlarından istifadə edərək, uzun və qısa oyun texnikasının öyrədilməsi
      TPİ uşaqlara məxsus fiziki hazırlıq
      Meydança etikasının formalaşdırılmasına ilkin başlanğıc
      Akamediya par 3 qolf meydançasında təlim
      Bacarıqların əyləncəli şəkildə sınaqdan keçirilməsi
      Komanda tapşırıqları

10 həftəlik 1-ci il proqramının qiyməti 200 AZN-dir.

20 həftəlik 2-ci il proqramının qiyməti 400 AZN-dir.

Ətraflı məlumat və sifarişlərlə bağlı +994 20 404 7 404 telefon nömrəsi vasitəsilə Qolf Akademiyası ilə əlaqə saxlamağınız və ya elektron poçt vasitəsilə PGA qolfçularımıza məktub yazmağınız xahiş olunur: Alex.Day@dreamlandgolfclub.com ya da Dina.Sotnikova@dreamlandgolfclub.com

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts