Uşaqlar Üçün Dərslər

Azyaşlılara dərslərin keçirilməsində məqsəd oyunu kiçik yaşlardan başlayaraq mümkün qədər maraqlı etməkdir. Belə ki qolf, əyləncəli idman növü və məşq olmaqla yanaşı, eyni zamanda öyrənmə yolu ilə məmnuniyyəti təşviq edir. Uzunmüddətli inkişaf üçün imkanları təmin edir, gənc istedadları müəyyənləşdirir, gələcəyin perspektivli oyunçuları üçün təbii bacarıqları aşılayırıq.

Bütün Baş Mütəxəssis dərslərini PGA Baş Mütəxəssisimiz Aleks Dey tədris edəcək. Bütün PGA mütəxəssis dərsləri Anton Samsonov ilə olacaq. Bütün Mütəxəssis Köməkçisi dərsləri Mütəxəssis Köməkçisi Elşən Quliyev ilə olacaq.

Dreamland üzvləri dərs qiymətlərində güzəştlər əldə edirlər. Daha ətraflı məlumat üçün Aleksa yazın.

Uşaqlar üçün 50-dəqiqəlik dərs

Qolf üçün isinmə hərəkətlərindən sonra azyaşlı qolfçunu qolfun əsasları ilə tanış edirik. Təkmilləşdirmə prosesinə təkan vermək üçün nəzərdə tutulan maraqlı və əyləncəli oyunlar və məşqlər təqdim edilir.

Baş Mütəxəssis: AZN100

PGA mütəxəssis: AZN100

Mütəxəssis Köməkçisi: AZN65

Uşaqlar üçün dərs paketi (5X50 dəqiqəlik dərslər)

Uşaqlar üçün 5 dərs paketi kiçik yaşda oyunun bütün aspektlərini öyrənməyə istiqamətlənmişdir. Bura qısa və uzun oyun üçün təlimlər, meydançada hazırlıqlar daxildir və mövcud olduqda Par 3 meydançasında da dərslər keçirilə bilər.

Baş Mütəxəssis: AZN400

PGA mütəxəssis: AZN400

Mütəxəssis Köməkçisi: AZN250

Uşaqlar üçün 2 saat oynama dərsi 

Daha təcrübəli azyaşlı qolfçu üçün Dreamland-in çempionat meydançasında tam oyun təcrübəsi. Dərslər zamanı qolf meydançasında oyuna yanaşma metodlarına, etiket və qaydalara, vuruş seçiminə və qolf oyununa xas olan təlim məşqlərinə diqqət yetirilir.

Baş Mütəxəssis: AZN200

PGA mütəxəssis: AZN200

Mütəxəssis Köməkçisi: AZN130

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts