TPİ Üzrə Xüsusi Paketlər

Titleist Performance Institute (TPI) mütəxəssisləri fərdin fiziki keyfiyyətləri ilə onların optimal svinqi arasındakı əlaqəni araşdırır və təşviq edirlər. PGA baş mütəxəssisi. Michael Sweenie TPI 2-ci dərəcəli mütəxəssis – qolf məşqçisi və TPI 2-ci dərəcəli fitnes məşqçisi olmaqla, Akademiyanın bütün TPI üzrə təlimlərini həyata keçirir.

Dreamland üzvləri dərs qiymətlərində güzəştlər əldə edirlər. Daha ətraflı məlumat üçün Aleksa yazın.

TPI qolf üzrə müayinə qiymətləndirməsi (90 dəqiqə) 

Qolf üzrə fiziki müayinə bir sıra fiziki hərəkət sınaqları ilə sizin stabilliyinizi və hərəkətinizi qiymətləndirir. Daha sonra bu məlumatları qolf oynamaq bacarıqlarınızı və fiziki imkanlarınızı hərtərəfli şəkildə təhlil etmək üçün istifadə edirik, bunun nəticəsi olaraq müvafiq təlim planı hazırlayırıq.

Baş Mütəxəssis: AZN150

TPI qolf üzrə funksional təlim (90 dəqiqə) 

Bu paket, adətən, qolfçunun fiziki müayinədən keçməsindən sonra fitnes mərkəzində həyata keçirilir (yuxarıda verilmiş hissəyə baxın). Fiziki imkanlarınıza əsaslanaraq, güc və stabilliyinizi artırmaq üçün sizə qolf üzrə funksional təkmilləşdirmə tədris olunacaq. Siz qolf üzrə ümumi təcrübənizə əlavə etmək üçün proqramla yanaşı isinmə və soyuma hərəkətləri üzrə də təlim keçəcəksiniz.

Baş Mütəxəssis: AZN150

Tur performans təcrübəsi (tam gün – 7 saat) 

Oyunlarını təkmilləşdirməkdə ciddi olan qolf həvəskarları üçün yüksək təlim paketi.

• Uzun və qısa oyun bacarıqlarının qiymətləndirilməsi

• SAM Putt Lab təlimi

• TPI qolf üzrə fiziki müayinə

Qolf meydançasında təlim

• Gün ərzində əldə olunan nəticələrə əsaslanan tam irəliləmə planı

Café T-də qəlyanaltı

Baş Mütəxəssis: AZN600

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts