Qrup Dərsləri
Qrupla təlim keçmək daha əyləncəli ola bilər. Eyni zamanda, digərlərinin səhvlərini görməklə də daha çox şey öyrənə bilərsiniz! Burada – Akademiyada dostlarınızla başlanğıc dərsində qolfla tanış ola və ya daha təcrübəli səviyyədə svinqlə bağlı peşəkar məsləhət almaq imkanı əldə edə bilərsiniz.
Bütün Baş Mütəxəssis dərslərini PGA Baş Mütəxəssisimiz Aleks Dey tədris edəcək. Bütün PGA mütəxəssis dərsləri Anton Samsonov ilə olacaq. Bütün Mütəxəssis Köməkçisi dərsləri Mütəxəssis Köməkçisi Elşən Quliyev ilə olacaq.
Dreamland üzvləri dərs qiymətlərində güzəştlər əldə edirlər. Daha ətraflı məlumat üçün Michael-a yazın.
Başlanğıc qrup dərsi (1 saat, maksimum 6 nəfər)
Qolf topunu daha güclü və dəqiq vurmağın əsaslarını öyrənin. Peşəkar məşqçimiz sizə klabı tutmaq, nişan almaq, ayaqların vəziyyəti, duruş, svinq forması, topun vəziyyəti və ilk dəfə qolf oynamaqla bağlı lazım olan bütün məlumatları verəcək.
Baş Mütəxəssis: AZN300
PGA mütəxəssis: AZN300
Mütəxəssis Köməkçisi: AZN300
Qrup Klinikası (1 saat, maksimum 4 nəfər)
Bu qrup klinikası daha təcrübəli oyunçuların qolf üzrə mütəxəssislərlə məsləhətləşməsi və svinqinizi təhlil etmək üçün Akademiya imkanlarından istifadəni nəzərdə tutur. Duruşu və topun vəziyyətini düzəltmək, pis vərdişləri müəyyənləşdirərək aradan qaldırmaq və gücünüzü inkişaf etdirmək üçün ideal vaxtdır.
Baş Mütəxəssis: AZN300
PGA mütəxəssis: AZN300
Mütəxəssis Köməkçisi: AZN300