Fərdi Dərslər
Təlim paketlərimiz diqqətlə hazırlanmışdır, beləliklə, siz klabı tutmaq qaydasından patinq zərbənizin texnoloji cəhətdən ətraflı təhlilinə, oyunun gedişatı zamanı istifadə olunan taktikalara və meydança etiketlərinə qədər hər şey haqqında məlumat əldə edə bilərsiniz. Qolfa aid fiziki təlimlər də təklif olunur.
Bütün Baş Mütəxəssis dərslərini PGA Baş Mütəxəssisimiz Michael Sweenie tədris edəcək. Bütün PGA mütəxəssis dərsləri Anton Samsonov ilə olacaq. Bütün Mütəxəssis Köməkçisi dərsləri Mütəxəssis Köməkçisi Elşən Quliyev ilə olacaq.
Dreamland üzvləri dərs qiymətlərində güzəştlər əldə edirlər. Daha ətraflı məlumat üçün Aleksa yazın.
50 dəqiqəlik dərs
Bacarıqlarınızdan asılı olmayaraq, bu dərs ehtiyaclarınızı qarşılamaq və texnikanızı təkmilləşdirmək məqsədilə təşkil olunmuşdur. Təlim prosesinin keyfiyyətini yaxşılaşdırmaq üçün V1 Pro video təhlildən istifadə edilə bilər. Buraya uzun və qısa oyundan patinqə qədər istənilən aspektlər daxil edilə bilər.
Baş Mütəxəssis: AZN150
PGA mütəxəssis: AZN110
Mütəxəssis Köməkçisi: AZN80
Bütünlüklə oyunun qiymətləndirilməsi (2½ saat)
FlightScope hədəf sınaqlarından və TPI qolf üzrə fiziki qiymətləndirmədən (tələbə əsasən) istifadə etməklə bütünlüklə oyununuz elmi cəhətdən qiymətləndiriləcək. Bununla, qolf təlimçimiz həm qısa, həm də uzun oyunda bacarıqlarınızı maksimum səviyyədə təkmilləşdirmək üçün fərdi irəliləmə planı hazırlayacaq.
Baş Mütəxəssis: AZN300
PGA mütəxəssis: AZN240
Mütəxəssis Köməkçisi: AZN150
5 x 50 dəqiqəlik dərs paketi
Bacarıqlarınızı təkmilləşdirməklə bağlı fikirləriniz ciddidirsə, bu paket bütün təcrübə sahələrinizdə hərtərəfli inkişafı təmin etmək məqsədilə hazırlanmış bir sıra dərslər təklif edir. Sonda siz handikapınızı aşağı endirmək üçün mütəxəssislərə məxsus çoxsaylı təcrübələrə yiyələnəcək və tövsiyələr əldə edəcəksiniz.
Baş Mütəxəssis: AZN550
PGA mütəxəssis: AZN400
Mütəxəssis Köməkçisi: AZN270
Qolfla tanışlıq (2 saat)
Yeni başlayanlar üçün nəzərdə tutulmuş bu dərs qolf oynamaq üçün tələb olunan əsasları təmin edir. İron və drayvinq kimi uzun oyunun əsaslarını, eləcə də, qısa oyunla tanışlığı, o cümlədən, çippinq, pitçinq, patinq və banker vuruşlarını öyrənin. Bu qolfa yeni başlayanlar üçün idealdır!
Baş Mütəxəssis: AZN250
PGA mütəxəssis: AZN200
Mütəxəssis Köməkçisi: AZN135
Bir həftəyə qolf oynamağı öyrənin (2 saat x 7 gün)
Təlim yeddi gün ərzində yeni başlayanlara qolf oynamaq üçün tələb olunan bütün vasitələri verməyə yönəlmişdir. Bu intensiv tədris kursu zamanı qısa oyunla tanışlıq dərsləri, meydança təlimi ilə yanaşı svinqiniz svinq studioda davamlı olaraq təhlil və inkişaf etdiriləcək.
Baş Mütəxəssis: AZN1000
PGA mütəxəssis: AZN900
Mütəxəssis Köməkçisi: AZN600
Küləyi Ram et (50 dəqiqə)
Bakının küləkli havasında oynamaq üçün vacib dərs! PGA peşəkarlarımızdan biri ilə çətin hava şərtlərində oynamağı və küləyə qalib gəlmək üçün topu aşağıda saxlamağı və meydançada istifadə olunan digər taktikaları öyrənin!
Baş Mütəxəssis: AZN150
PGA mütəxəssis: AZN110
Mütəxəssis Köməkçisi: AZN80
Nəticələrin qiymətləndirilməsi (2 saat)
Bu paket tam şəkildə sizin qısa oyununuza, o cümlədən, vedc, piçinq, çippinq, bunker və patinqə yönəlmişdir. Paketin bir hissəsi olaraq, güclü və zəif cəhətlərinizi müəyyənləşdirmək məqsədilə qısa oyun bacarıqları sınağından istifadə etməklə qiymətləndiriləcəksiniz.
Baş Mütəxəssis: AZN250
PGA mütəxəssis: AZN200
Mütəxəssis Köməkçisi: AZN120
İki saatlıq oyun dərsi
Meydança təcrübəsi qolf meydançasının idarə edilməsinə istiqamətlənmişdir. Tələbələr klab və vuruş seçimini, müxtəlif hava şərtlərində oynamaq qaydalarını, düzgün hədəf seçməyi və oyun üçün əsas sayılan bir çox taktiki bacarıqları öyrənirlər.
Baş Mütəxəssis: AZN250
PGA mütəxəssis: AZN200
Mütəxəssis Köməkçisi: AZN140
18 dəlikdə oyun təcrübəsi (təxminən 4½ saat) – (üzv olmayan şəxslər üçün oyun qiyməti (green fee) endirimi tətbiq olunur)
Sizə təyin olunmuş PGA mütəxəssisi meydançanın idarə edilməsi, klabın seçilməsi, müxtəlif hava şərtlərinin idarə edilməsi və digər taktiki təcrübə aspektlərini müzakirə etməklə qolf meydançasında sizə bələdçilik edəcək. Oyundan əvvəl və ya sonra məşqçi ilə səhər yeməyi və ya qəlyanaltı da buraya daxildir.
Baş Mütəxəssis: AZN400
PGA mütəxəssis: AZN350
Mütəxəssis Köməkçisi: AZN245