Avadanlıqlar & Texnologiya

Dreamland Qolf Akademiyası bütün standartlarda olan qolfçular üçün dünya səviyyəli lüks təlim və təcrübə imkanlarını təklif edir: həm qapalı məkanda, həm də açıq havada yerləşən uzun və qısa oyun məşq sahələri, gənc qolfçular üçün əyləncəli üzən hədəflər, xüsusi qonaqlar və ya korporativ tədbirlər üçün özəl VİP məşq sahəsi, V1 Akademiya təlim proqramı, FlightScope müşahidə monitoru, və SAM PuttLab-la birlikdə patinq otağı. Burada, həmçinin, qısa oyun texnikanızı təkmilləşdirmək üçün mükəmməl hesab olunan 9 dəlikli Akdemiya par 3 meydançamız var.

OBYEKTLƏR

  • İki mәrtәbәdә 20 әdәd üstü örtülü mәşq yeri
  • VİP üçün 4 әdәd mәşq yeri
  • IMG performans svinq studiyası
  • IMG patinq studiyası
  • Qısa oyun mәşq sahәsi
  • Mәşq patinq qrini
  • Ot üzәrindә mәşq sahәsi (mövsümi olaraq açılır)
  • Uzun oyun üçün mәşq bankeri
  • Suda üzәn hәdәflәrә malik Splaş zonası
  • Akademiyanın 9 dәlikli par 3 meydançası (tәdbirlәr üçün)
  • Gün әrzindә yemәk vә istirahәt üçün Café T
  • FlightScope top izlәmә proqramı
  • Akademiyanın Callaway, Titleist vә FootJoy kimi aparıcı brendlәri tәqdim edәn mağazası

TEXNOLOGİYA HAQQINDA MƏLUMAT

FlightScope

FlightScope dünyanın aparıcı müşahidə proqramlarından biridir. Bu proqram ən son radar texnologiyasından istifadə edərək topun uçuşunu izləyir və məsafə, klab başlığının sürətini, topun sürəti, topun havaya qalxma bucağını, fırlanma intervalını və s. hesablayır. O, bütün səviyyələrdəki qolfçulara öz vuruş faktorlarını anlamaqda kömək edə, həmçinin, bacarıqların qiymətləndirilməsi prosesində də istifadə oluna bilər.

SAM PuttLab

SAM PuttLab ən yeni patinq təlim sistemidir. Bu sistem ultrasəs texnologiyasından istifadə etməklə sizin patinq zərbənizin 28 ən əsas parametrini təhlil edir. Qrafiklərdən istifadə edərək fırlanmanı, sürətlənməni, svinq müddətini və ya təsirini qiymətləndirir və oyun texnikanızın zəif və güclü tərəflərinə əsaslanan təlim strategiyanızı müəyyənləşdiririk.

V1 Akademiyası

Qolfçularımızın performansını qeydə almaq, müqayisə etmək və təkmilləşdirmək üçün istifadə etdiyimiz V1 Pro Proqram Təminatı idman sahəsində bir nömrəli video təhlil proqramıdır. Biz ondan istifadə edərək sizin Akademiya xaricində belə inkişafınızın davamlı olmasına çalışırıq. Sizin maksimum sürətdə inkişaf etməniz üçün harada olmağınızdan asılı olmayaraq biz öz svinq videolarımızı yaratmaqla və ya sizin videolarınızı təhlil etməklə Dreamland video svinq təlimatlarını sizə çatdıracıq.

  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts