9-Dəlikli Meydança

AKADEMİYAMIZIN UNIKAL PAR 3 MEYDANÇASINDA QISA OYUN BACARIQLARINIZI SINAQDAN KEÇİRİN.

Dreamland Qolf Akademiyasında oyunçulara daha yaxşı şərait yaratmaq üçün Drayvinq Reync daxilində 9 – dəlikli kiçik Par 3 meydançasını yaratdıq.

Uzunluğu 49-95 metr arasında dəyişən dəliklərlə bu meydança oyunu öyrənmək və ya qısa oyun texnikanızı mükəmməl səviyyəyə çatdırmaq üçün ideal məkandır. Bununla yanaşı, meydançamız beynəlxalq səviyyəli təlim imkanlarımıza möhtəşəm və unikal bir əlavədir. Strateji olaraq yerləşdirilmiş çoxsaylı bunkerlər, kiçik və maili qrinlərə malik meydançada oyunçu hər bir vuruş barədə taktiki düşünərək bütün klassik qolf komponentlərini nəzərə almalıdır- bütün qolfçular üçün mükəmməl sınaq imkanı!

Par 3 meydançası hər bazar ertəsi  açılır və oyun vaxtı əvvəlcədən sifariş edilə bilər. Ətraflı məlumat üçün, zəhmət olmasa, academy@dreamlandgolfclub.com ünvanına yazın.

“Par 3 meydançası həm azyaşlı qolfçular, həm də böyüklər üçün həyəcanvericidir, ailə olaraq biz oynamaqdan böyük həzz aldıq”.

  • – Gordon Ramsay Duff
  • Dreamland Golf Villas & Residences
  • Sabis SUN Internaional School Dreamland - Baku, Azerbaijan
  • Dreamland Golf Club Baku
  • Fairmont hotels & resorts